Mədəniyyət

Kamera Orkestri ilə kanonçu qızlar ilk dəfə birgə layihəyədə

19 Aprel 2010 13:52
Baxış: 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İnci"nin rəhbəri Təranə Əliyevanın Milli.Az xəbər portalına bildirdiyinə görə, bu layihə musiqi tarixinə yeni imzasını atacaq:

"Orkestr heyəti ilə kanonçuların işbirliyi ilk dəfə ərsəyə gətirilir. Kamera Orkestri ilə bizim qrup mütəmadi olaraq dövlət tədbirlərində bir səhnəni bölüşür. Teymur müəllimlə bu qənaətə gəldik ki, hər iki qrupu birləşdirib maraqlı layihəyə imza ataq".

Təranə xanım layihənin hazırlıqlarının başladığını söylədi. O, proqramda bəstəkar mahnıları, opera və balet tamaşalarından parçalar, avropa musiqilərinin yer alacağını bildirdi.

"Teymur Göyçəyev əvvəlcə proqramı orkestləşdirəcək. Daha sonra "İnci" ansamblının 7 nəfər heyəti ilə birlikdə bunu snitez şəklində hazırlayacağıq. Bir neçə prosesdən sonra hazır proqram konsert şəklində tamaşaçılara təqdim ediləcək. Onu da qeyd edim ki, proqrama daxil edilən musiqilər bu günə qədər kanon alətində ifa olunmayıb. Biz bilərəkdən belə bir seçim etdik ki, tamaşaçı üçün yenilik olsun" - deyə Təranə xanım bildirdi.

Xədicə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.