Mədəniyyət

“Ümid” Beynəlxalq İncəsənət yarışması keçiriləcək - FOTO

7 Yanvar 2020 19:04
Baxış: 1 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 12 Yanvar Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Ümid" Beynəlxalq İncəsənət yarışması keçiriləcək.

Yarışmaya təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Group. Yarışma bu yaş kateqoriyalarınagörə keçirilir: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi),
ergin (16 yaş və yuxarı).

"Belə yarışları keçirtməkdə məqsədimiz gənclərin kənarda qalmamasıdır. Onların öz bacarıqları sayəsində uğurlar qazana bilmələri, səhnələrə çıxmaqları və özlərinin daha da inkişaf etdirməklərinə səbəb olmaqdı. Məlumdur ki, yerlər münsiflər heyəti tərəfindən seçilir. Yarışmadakı iştirakçılar, qrup rəhbərləri yarışmadan sonra görkəmli, ad qazanmış, bu sahədə illərdi çalışan münsiflər heyətimizlə söhbətlər edə və məsləhətlər ala bilərlər. Ümid edirik ki, keçirtdiyimiz və keçirdəcəyimiz bütün müsabiqələr, festivallar, konsertlər iştirak edən hər bir kəs üçün yararlı və uğurlu olar." - bildirdi Azərbaycan Gənclər İttifaqının İdarə Heyyətinin üzvü Əziz Əzizov.

Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır (bu proses mükafatlandırma zamanı açıqlanır). Seçim iştirakçının qeydiyyat nömrəsi ilə aparılır.

Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar diləyirik.

Qeydiyyat üçün əlaqə nömrələri.
[email protected]
+994124925464
+994502502293
+994557079002

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.