Mədəniyyət

Övladını atan, Adil İsgəndərovla düşmən olan, tamaşaçılar tərəfindən söyülən Xalq artisti - FOTO

4 Dekabr 2019 07:00
15 Şərh     Baxış: 17 207

Bu günlərdə Azərbaycan teatr və kino tarixində özünəməxsus yeri olan görkəmli sənətkar, Xalq artisti Məlik Dadaşovun anım günü idi.

Bu münasibətlə Milli.Az kulis.az-a istinadən sənətkar haqqında maraqlı faktları təqdim edir.

Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib.

***

Uşaq yaşlarından musiqiyə gedib, kontrabasda ifa edirmiş. Orta məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna verib. Qəbul olunub, amma elə birinci kursdan universiteti yarımçıq qoyub səhnəyə istiqamətlənir.

Məlik Dadaşov İkinci Dünya müharibəsində iştirak edib. 1943-cü ildə aldığı kontuziyaya görə geri qaytarılır və uzun müddət müalicə olunur. Müalicədən sonra hərbi hissələrdə musiqiçi kimi fəaliyyət göstərir. 1945-ci ildə müharibədən qayıdan Məlik Dadaşov Gənc Tamaşaçılar Teatrına yollanır və orda aktyor kimi işə götürülür. Az sonra sənədlərini Teatr İnstitutuna verir və Adil İsgəndərovun sinfinə daxil olur.

***

23 yaşlı aktyor səhnə fəaliyyətinə Zaqatalada yenicə açılmış teatrda başlayaraq əsas rolların ifaçısına çevrilir. Teatrda Sofiya Hüseynova adlı gənc aktrisa ilə ailə qurur. Bu izdivacdan 1946-cı ildə gələcəyin daha bir aktyoru - Rafael Dadaşov dünyaya gəlir. Lakin, bir müddət sonra cütlük boşanır. O, oğlunu atır və gənc aktrisa oğlu Rafaeli təkbaşına böyüdür.

1985-ci ildə Məlik Dadaşov "Müsahibə götürən adam" filminə çəkilir. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan filmdə Məlik Dadaşov bu ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradır. Film çəkilən zaman sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyir. Buna görə də filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınır. Məlik Dadaşovu da Pakistana qoymurlar. Filmin çəkilişləri İçərişəhərdə aparılır.

Məlik Dadaşov sənət taleyində sonralar da bu kimi hədələrlə davamlı olaraq üz-üzə qalır. "Axırıncı aşırım"da Qəmlonu, "Fəryad" filmində erməni obrazını, "Dəli Kür"də mollanı, "Ölülər"də Şeyx Nəsrullahı oynayanda tamaşaçılar aktyora hədsiz dərəcədə nifrət edir, küçədə görəndə onu söyüb yamanlayırmışlar.

Qızı deyir: "Atam yaradıcılığı boyu iki rolu ifa etmək istəməyib. Erməni rolunu, bir də "Ölülər"də Şeyx Nəsrullahı. Şeyx Nəsrullahı ona görə oynamaq istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. Deyirdi, mən Allaha ibadət eləyirəm, amma "Ölülər"də Allaha qarşı çıxıram. "Fəryad" filmində isə düşmən obrazı yaratmalı idi. Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev yalvarırdı atama, deyirdi, bu rol sizə yazılıb. Atam onun sözündən çıxmadı, yaratdı o obrazı. Ən pisi də o oldu ki, rola görə atamı Ermənistanda milli qəhrəman kimi qəbul etdilər. Atam isə AzTV-də çıxış edərək həmin addan imtina elədi: "O adı heç vaxt heç cür özümə yaraşdıra bilmərəm. Bax buna görə də mən bu rolu oynamaq istəmirdim. Bilirdim ki, nəticəsi bu ola bilər".

***

"Fəryad" filmindən çox sonralar isə belə bir hadisə olub. Məlik Dadaşov instituta gedəndə "Malakan" bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır. "Ay camaat, bu adam ermənidi", - deyib camaatı yığır başına. Aktyor sənədlərinin təqdim edəndən sonra ona inanırlar. Filmin premyerasında isə tamaşaçılar qulağı eşidə-eşidə Məlik Dadaşovu söyürmüşlər.

Dövrün digər nəhəng sənətkarı Adil İsgəndərovla gənclik illərində münasibətləri yaxşı olsa da sonralar bilinməyən səbəblərdən onlar iki düşmənə çevrilirlər. Hətta onun oğlu Rafael Dadaşovun filmlərə çəkilməməsində Adil İsgəndərovun böyük rol oynadığını dilə gətirir: "Bu, Adil İskəndərovla Məlik Dadaşovun arasında yaranan çox ciddi mübahisə ilə bağlı idi. Zamanında Məlik Dadaşov Adil İskəndərovun yarasına duz səpmişdi. Görünür Adil müəllim də bunu yaddan çıxarmamış, yeri gəldikcə onun oğluna müəyyən sərhədlər qoyurdu. Hətta Məlik Dadaşov özü o zaman Moskvaya gedib oranın vasitəsi ilə teatra bərpa olunmuşdu."

***

Lakin, deyilənlərə görə Adil İsgəndərov "Axırıncı aşırım" filmində Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək deyib: "Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu yaratdığına görə".

Uzun çəkişmələrdən sonra bir gün Məlik Dadaşov Milli Dram Teatrını tərk etməli olur. Qızı Gülnarə atasının teatrdan getmə səbəbini o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu ilə bağlayır. İki il Rus Dram Teatrında işləyən aktyor təqaüd adı ilə ordan da uzaqlaşdırılır.

***

Aktyor 70 yaşında övlad faciəsi yaşayır. İkinci nikahdan olan qızı xərçəngdən dünyasını dəyişir. Onun ölümündən sonra Məlik Dadaşov öz ağrısını bu sözlərlə ifadə edir: "Mən artıq yaşaya bilməyəcəm!"

Tədris Teatrında tələbələr ilə "Arşın mal alan"ı məşq edən zaman mizan göstərmək istəyəndə müvazinətini itirib yıxılır. Gicgahı yaxınlıqdakı stolun küncünə dəyir. Onu xəstəxanaya çatdırırlar, bundan sonra altı gün yaşayır. Huşu özündə olsa da, dili tutulur, danışa bilmir. Axırıncı gün qızından qələm-dəftər istəyir. Son istəyi nəşinin Akademik Milli Dram Teatrına aparılmaması və bəzi adamların dəfninə buraxılmaması olur.

Aktyor 1996-cı ildə 72 yaşında dünyasını dəyişir. Oğlu Rafael atasından incik olduğu üçün onun dəfninə getmir. Üçüncü arvadı Dolares isə ərinin vəsiyyətinə uyğun olaraq əlindəki siyahıda adları yazılan adamları dəfnə buraxmır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Ceyhun · 4 Dekabr 08:0380

    Allah rəhmət eləsin. Çox gözəl aktyor olub...

    Cavab yaz
  • Anonim
    Cali quşu · 4 Dekabr 08:48100

    Nəhəng aktyor! Faciəli həyat...

    Cavab yaz
  • Anonim
    Filankəs · 4 Dekabr 09:30111

    Sənətkar kimi əlbəttə ki, istedadlı aktyor olub, amma insan kimi,deyə bilmərəm, çünki dahiliyindən asılı olmayaraq, öladını atan atalara kişi demək olmaz! Adil İsgəndərov gərək, əksinə Rafaelə dəstək olmalı idi, onu filmlərə çəkməli idi ki, onu atan "atası" baxıb utanıb yerə girsin ki, necə bir istedadlı övlad itirib!

    Cavab yaz
    • Anonim
      Əsranur · 4 Dekabr 10:0414

      Eynən bu sözləri necə yazacağımı düşünürdüm ki moderator qıfdan keçirsin.Artıq siz yazmısınız,təşəkkürlər:)

      Cavab yaz
    • Anonim
      . · 4 Dekabr 14:2931

      Seriallar sizleri lap xarab edib. Yox bir adil onun keçmish arvadina evlanmak teklif edardi.

      Cavab yaz
    • Anonim
      qaya · 4 Dekabr 17:4300

      mən Rafael Dadaşovla Məlik Dadaşovu eyni tamaşada oynadığını görmüşəm, Rafael atasınız ünvanına o qədər gözəl sözlər dediyinin də şahidi mənim qulaqlarımdır,

      Cavab yaz
  • Anonim
    Sevil. · 4 Dekabr 09:4270

    Cox beyuk aktyor.Paxilliqlar olmasaydi nalar yaradarmiw .Pis insanlarin wikarina cevrilibmiw. Allah rahmat elasin aktyorumuza.Obrazlari ila yawaya bilacak aktyor.! Yawayacaqlarini hec bir ata yawamasin.

    Cavab yaz
  • Anonim
    NEA · 4 Dekabr 09:49100

    SÖZÜN ƏSL MƏNASİNDA NƏHƏNG AKTYOR VE NƏİNKİ OSKAR,OSKARLAR VERİLMELİ OLAN SƏNƏTKAR!

    Cavab yaz
  • Anonim
    Əsranur · 4 Dekabr 10:0655

    Aktyorluğuna sözüm yox.Amma,həyatı elə də nümunəvi kişinin həyatı olmayıb.Acığı,tipini sevməmişəm rəhmətliyin.Amma,Muxtar Manıyev üçün ürəyim gedib.Allah hər ikisini rəhmət etsin.

    Cavab yaz
    • Anonim
      :) · 4 Dekabr 11:3191

      :)) Heç Mıxtarın yerüdü?)

      Cavab yaz
  • Anonim
    Zaur · 4 Dekabr 14:1110

    Allah rehmet etsin.

    Cavab yaz
  • Anonim
    adsız · 4 Dekabr 16:0412

    rafael dadaşov teatr sahəsində nə şöhrət qazanıbsa atasının hesabına olub məlik dadaşov kimi dahi sənətkar haqqında yaraşmayan fikirlər söyləmək lazım deyil

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşi · 4 Dekabr 16:3920

    Gözəl insan, gözəl aktyor. Həmişə mənfi rollar ifa edirdi. Ən sevdiyim rolu Qəmlo birdə erməni roludur.

    Cavab yaz
  • Anonim
    aparıcı · 4 Dekabr 17:3610

    Allah rəhmət etsin dahi sənətkar,amma oğulu atmaq məncə çox səhv işdir 3dəfə ailə qurub Rəfail müəllim siz o atanı bağışlaya bilərdiniz kaş mənim atam -anam sağ olaydı nəinki bağışlamaq son nəfəsimə kimi yanından ayrılmazdım daha 12 yaşında ananı 26 yaşında ata itirib gedib buz kimi daşı qara torpağı bağrıma basmazdım ay millət sağlığında qiymət verin qədrini bilin

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 4 Dekabr 20:1240

    Superrr aktyorrr coxxx xosladiqim aktyor danisiqi yerişi əladan əlaa ele bil sehne ucun yaraddilmiş .Allah rehmet elesin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.