Mədəniyyət

“Şah İsmayıl Xətai haqda filmə bir milyon xərclənib, ortada yoxdur”

28 Noyabr 2019 14:34
8 Şərh     Baxış: 3 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

40 il bundan əvvəl Şah İsmayıl Xətai haqda əsər yazmışıq. Ssenari hazırlanıb, təsdiq olunub. İstehsalatda olmuşam. Bir milyondan çox pul xərclənib. Bu günə kimi mənə hələ də bəlli deyil ki, bu işi niyə dayandırıblar?.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "3D" proqramında Xalq artisti, kinorejissor Əbdül Mahmudov (Şeyx Əbdül) iddia edib.

Ə.Mahmudov bildirib ki, filmin çəkilişinə mane olublar:

"Tarixi janrda film çəkilirsə, atı, eşşəyi, samanı milyonlarla pullardır. Ucuz ətin şorbası olmur. 40 il öncə hazırlıq prosesi üçün bir milyon xərclənmişdi. Bu filmə mane olan insanların bir neçəsi artıq dünyasını dəyişib. Onlara rəhmət də düşmür. Bir neçəsi də işdən çıxıb, mən də gedənin arxasınca danışmıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.