"Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi qürurverici hadisədir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan daha bir mötəbər, beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməklə beynəlxalq münasibətlər sistemində yerini və rolunu, ən əsası zəngin dövlətçilik ənənələrinə malik ölkə olduğunu təsdiqlədi. UNESKO-unun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliğinin, eyni zamanda, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstəyin dövlət siyasətimizin əsas tərkib hissələrindən biri olmasına işıq saldı. Təbii ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva olunur. Ümummilli lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə mədəniyyətimizin, milli-mənəvi sərvətimizin qorunması istiqamətində mühüm addımlar atmış və bu siyasət son 15 ildən artıq dövr ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Bu fikirləri Milli.Az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizin UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsini, eyni zamanda, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini şərh edərkən deyib.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycan dünya irsinin müdafiəsi və mühafizəsinə davamlı töhfələri ilə diqqət çəkir:
"UNESKO-nun Bakı sessiyası məhz iştirakçı ölkələrin bu istiqamətdə gördüyü işlərə, malik olduqları təcrübəyə işıq salmaqla yanaşı, ümumbəşəri dəyərlərə sahib olan tarixi və mədəni abidələrin Ümumdünya İrs Siyahısına salınması üçün müzakirələrin aparılması və konkret nəticələrin əldə olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Sessiyasının iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi təqdirəlayiq və qürurverici hadisədir. Dünyanın müxtəlif ölkələrindən 2500-dən çox nümayəndənin qatıldığı belə mötəbər tədbirdə Azərbaycanın bu uğuru bir daha dövlətimizin həyata keçirdiyi siyasətə dəstəyin, Azərbaycan reallıqlarına yüksək dəyər verməyin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin bu münasibətlə Azərbaycan xalqına təbrikində də qeyd olunduğu kimi, son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Bu fəaliyyət beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. "İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu mühüm hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha yüksək dəyərləndirildiyinin təsdiqidir. Artıq bundan sonra Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur".
Azərbaycan-UNESKO əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini əlavə edən V.Rəhimzadə bu əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis olunan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə milli mədəniyyətimizin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirilib:
"Bu layihələr UNESKO ilə əməkdaşlığın inkişafına öz töhfəsini verib. Bu əməkdaşlıq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-cü ildə qurumun xoşməramlı səfiri seçilməsindən sonra daha sürətlə inkişaf etməyə başlayıb. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESKO-nun nadir şah əsərləri sırasına daxil edilməsində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin öz yeri var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan-UNESKO əməkdaşlığından geniş bəhs edərək, bu mühüm məqamları da diqqətə çatdırıb. Bildirib ki, son 5 ildə ölkəmizdə 40 tarixi abidə bərpa edilib və yenidən qurulub. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmiləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənəti də bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunub. Bir sözlə, bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində əhəmiyyətli rol oynayır".
V.Rəhimzadə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin ölkəmizə qazandırdığı uğurlardan, Azərbaycanın multikultural dəyərlərin inkişafına töhfələrinin, bu sahədə malik olduğu təcrübənin təqdimatında rolundan da bəhs edib: "Müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən Azərbaycan bu tədbirlərlə bu günə qədər dövlətlər, xalqlar arasında oynadığı körpü rolunu daha da möhkəmləndirir, yeni-yeni əlavələr gətirməklə inkişaf modelinin alternativsizliyini bir daha təsdiqləyir. Ən əsası Azərbaycan bu gün beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək təcrübəsinə, təşkilatçılığına malik olduğunu dünyaya nümayiş etdirir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat





