Mədəniyyət

Bakıda “İncəsənət Olimpiyadası” yarışması keçiriləcək - FOTO

22 Aprel 2019 18:49
0 Şərh     Baxış: 371

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasını  təşkilatçılığı ilə may ayının 4 və 5 tarixlərində "İncəsənət Olimpiyadası" yarışması keçiriləcək.

Milli.Az xəbər verir ki, yarışma 2 gün baş tutacaq: birinci gün musiqi və vokal, ikinci gün isə rəqs növləri üzrə. Təşkilatı dəstək Azərbaycan İncəsənət Gimnaziyası və Jam Group komandası tərəfindən göstərilir. Yarışma 4 may Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında,  5 may isə Azərbaycan Teatr Xadimləri İttifaqının məhşur və sevilən konsert salonu olan "Aktyorlar Evində" keçiriləcək.

İncəsənət Olimpiyadası artıq üçüncü ildir ki, keçirilir. Hər il yarışmaya yerli kollektiv və fərdi iştirakçılarla yanaşı, xarici iştirakçılar da qatılırlar. Bu cür yarışmaların keçirilməsində məqsəd isə istedadlı uşaq və gəncləri tanıtmaq, onları üzə çıxarmaq və xarici əlaqələri yaxşılaşdırmaq, uşaqların və rəhbərlərin xarici iştirakçılar və müəllimlərlə tanışlıq əlaqlərinin yaranmasına şərait yaratmaqdı. Bunu da qeyd edək ki, yarışma zamanı iştirakçılara öncədən çıxışlar üçün nömrələr verilir və onlar o nömrələrlə səhnəyə dəvət olunurlar. Çıxış zamanı iştirakçıların adları və hansı məktəbdən və ya qrupdan olduqları, müəllimlərin adları açıqlanmır.

"Yarışmada iştirak edən rəqs qruplarına gələcək həyatlarında müvəffəqiyyətlər diləyirəm. Ən əsası isə bədii rəhbərlərə bu çətin və məsuliyyətli sənət yolunda hər zaman uğurlar əldə etməyi diləyir və istedadlı, bacarıqlı uşaq və gənclər yetişdirdiyi üçün təşəkkür edirəm" - deyə Azərbaycan Rəqs Assosiasiyasının prezidenti, Azərbaycan Gənclər İttifaqı ictimai birliyinin idarə heyətinin üzvü Əziz Əzizov iştirakçılara öz arzularını bildirdi.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək. 

Yarışma bu  yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaş), yeniyetmələr (11-15 yaş), böyüklər (16 yaş və yuxarı).

Yarışmada bu nominasiyalar olacaq: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).

Yarışmada qeydiyyatdan keçmək üçün əlaqə nömrəsi: +994 55 707-90-02

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.