Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində “We Are The World” adlı konsert keçirilib - FOTO

14 Fevral 2019 14:40
Baxış: 279

Beynəlxalq Muğam Mərkəzi gənc istedadların aşkar edilməsi üzrə daim həyata keçirdiyi proqram çərçivəsində Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin iştirakı ilə "We Are The World"  konsert proqramını təqdim etdi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutan konsertdə məktəbin "Renessans", "Cırtdan","Divizi" xorları, "Melody" vokal qrupu, vokal və estrada oxuma ixtisasları üzrə təhsil alan şagirdlər Nigar Seyidova, Tahirli Eldar, Nəbiyev Fuad, Emin Məmmədov, Aleksey Burda, Tahirli Firuzə Azərbaycan bəstəkarlarının, eləcə də xarici ölkə bəstəkarlarının müxtəlif janrlarda yazılmış əsərlərini səsləndiriblər. Gecədə ifaçıları məktəbin "Hotplay" musiqi qrupu müşayiət edib.

İstedadlı gənclər öz ifaları ilə tamaşaçıların böyük rəğbətini və alqışlarını qazanıblar.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.