Mədəniyyət

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

15 Yanvar 2019 13:29
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran, Azərbaycan və Türkiyə birgə seriallar çəkəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir qeyd edib ki, İran və Azərbaycan arasında birgə film çəkilişi də nəzərdə tutulur: "Eyni zamanda, İran, Azərbaycan və Türkiyə arasında tanınmış aktyorların iştirakı ilə birgə seriallar çəkiləcək. Azərbaycan tərəfi bu məsələ ilə bağlı razılığını verib və müvafiq işlər aparılır".

İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışan diplomat bildirib ki, 2018-ci ilin iyun ayında İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi Azərbaycana səfər edib:

"Həm Bakıda, həm də Gəncədə İran mədəniyyəti günləri keçirilib. İranın aparıcı kinorejissorlarından biri Məcid Məcidi Azərbaycana gəlib, Azərbaycanın kino sahəsinin mütəxəssisləri ilə görüşləri olub. Bundan başqa, Fərabi Kino Fondunun icraçı direktoru Əlirza Tabeş də Azərbaycana səfər edib, görüşlər keçirib, kino sahəsində müqavilələr imzalanıb. Həmçinin İranın teatr, xalça, musiqi, rəssamlıq və xəttatlıq sahələrində fəaliyyət göstərən tanınmış şəxsləri Azərbaycana gəliblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.