Mədəniyyət

Namiq Mənaya vəzifə verildi

25 Sentyabr 2017 14:45
5 Şərh     Baxış: 15 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış bədihə (meyxana) ustası Namiq Məna sədr seçilib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçkisi keçirilib.

Yeni yaradılan Qubadlı bölməsinə AYB Katibliyinin qərarı ilə bədihə ustası Namiq Məna təsdiq olunub.

O, ədəbi ictimaiyyətə təqdim olunub.

Milli.Az xəbər verir ki, təyinatı Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi xeberle.com-a təsdiqləyib. Katib bölmə sədrinə yeni vəzifəsində uğurlar diləyib.

Qeyd edək ki, Namiq Həsən oğlu Əliyev (Məna) 1 noyabr 1971-ci ildə Sumqayıt şəhərinin Corat kəndində fəhlə ailəsində anadan olub.

12 yaşından məktəbdə yazdığı şeirlərlə tanınan Namiq Məna 13-14 yaşından el şənliklərində iştirak etməyə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Kino Aktyorluq fakültəsini bitirib.

O, söylədiyi meyxanalarla Namiq Məna kimi tanınmağa başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.