Mədəniyyət

77 yaşlı aktrisa: "Oğlum dedi ki, açıq-saçıq səhnələrə çəkilmə" - VİDEO - FOTO

22 Sentyabr 2016 15:30
0 Şərh     Baxış: 2 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Elə bildi ki, onu öpəcəm, qorxub geri çəkildi.

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan əməkdar artist Zemfira Sadıqova ("Dəli Kür" filminin "Mələyi") maraqlı açıqlamalar verib.

Sevilən aktrisa bunları söyləyib: "O dövrdə açıq-saçıq səhnələr ümumən yox dərəcəsində idi. O vaxt öpüşmək yox idi. Öpüş səhnələri yer alan filmlər belə olmurdu. "Dəli Kür" filmində tərəf müqabilim olan Ələddin Abbasovla bir səhnəmiz vardı. Orada o, mənə hədiyyələr verdiyi zaman sevinərək, oturduğum yerdən anidən qalxdım. O, özünü geri çəkdi, qorxub. Elə bildi ki, öpəcəm onu".

Daha sonra aktrisa onu da qeyd edib ki, hətta atası da bu rola görə ona heç bir söz deməyib: "Atam uğurlar arzuladı və rolumun öhdəsindən gözəl gəldiyimi bildirdi. Oğlum baxanda isə bir daha belə filmlərə çəkilməyimi istəmədi. Dedi ki, daha açıq-saçıq səhnələrə çəkilmə".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

77 yaşlı aktrisa:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.