Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avstriyanın yapon boğazlı Tellisi: "Arşın mal alan" Vyana səhnəsini fəth edərkən...
6 Aprel 2011 11:45
Baxış: 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kaoko Amano: "Təəssüf ki, "Arşın mal alan"da çıxış edənə qədər musiqinizlə tanış deyildim"
Milli.Az xəbər portalı bildirir ki, bu ilin yazı musiqi aləmi üçün çox əlamətdar oldu - iyirmi bir illik fasilədən sonra paytaxtımızda IV Qara Qarayev adına Müasir Musiqi Festivalı öz işinə başladı. Festivalın rəhbəri tanınmış bəstəkar və pedaqoq Fərəc Qarayevin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 10 ölkənin müasir musiqi mədəniyyətinin yaradıcıları aprelin 2-dən 8-dək Bakının müxtəlif konsert və və teatr salonlarında çıxışlar edəcək, elmi-praktik konfranslar keçirəcəklər.
Festivalın proqramına görə, bir sıra bəstələr məhz bu musiqi bayramında ifa olunacaq. Festivalın iştirakçıları arasında 2007-ci ilin payızında Vyananın Kammeropera Teatrının səhnəsində tamaşaya qoyulan Ü.Hacıbəylinin "Arşın mal alan" operettasında Telli partiyasında çıxış edən avstriyalı soprano vokalçı Kaoko Amano da var. K.Amano ilk təhsilini Tokionun Gakugen Universitetinin vokal sinfində, sonra isə Vyana Konservatoriyasında təhsilini davam etdirib. VIII Emmi Destin müsabiqəsində II yerə layiq görülüb. Solisti olduğu Vyana Kammeropera Teatrının və bir neçə ölkənin teatrının səhnələrində müxtəlif obrazları ifa etməklə yanaşı müasir musiqi sahəsində də bir çox bəstələrin ilk ifaçısı kimi tanınır. K. Amano Q. Qarayev adına Müasir Musiqi Festivalı ərzində aprelin 5-də M.Maqomayev adına Dövlət Filarmoniyasında "Zamanla üz-üzə" layihəsi çərçivəsində Qara Qarayev adına Kamera Orkestri ilə çıxış edəcək.
Xanım Amano məşqarası vaxt tapıb Milli.Az xəbər portalına müsahibəsində Üzeyir bəyin musiqisindən, "Arşın mal alan"dan, qədim Bakı küçələrindən danışdı...
- Özünüz barədə bir qədər məlumat verərdiniz. Yapon əsilli avstriyalı sənətçinin Azərbaycanın Tellisi olması necə baş verdi?
- Mən üç yaşından fortepiano çalmağa başlamışam. Atam xor dirijoru olduğu üçün evimizdən yüksək səsli klassik musiqi sədaları əskik olmazdı. Vokal imkanlarımı isə 17 yaşım olanda aşkar eləmişəm. Yaponiyada kifayət qədər tanınıram.
Mən "Arşın mal alan" operettasının beynəlxalq layihəsində iştirak edəndə bir neçə azərbaycanlı ilə tanış olmuşam. Tellinin partiyasını ifa edəndə Bakını təsəvvür edirdim. İndi o təsəvvürlərimi, səhnədəki ev, küçə dekorasiyalarındakı təsvirləri şəhərinizin küçələrini gəzdikcə əyani olaraq görürəm. Və bundan çox gözəl təəssüratlar alıram.
- Üzeyir Hacıbəylinin musiqisi, Telli obrazı haqqında nə deyə bilərsiniz? Azərbaycan musiqisi ilə belə yaxından təmasda olmaq yaradıcılığınıza nə cürsə təsir etdi?
- Çox müsbət enerjisi olan musiqidi. "Arşın mal alan"ın musiqisi həyatsevərliklə aşıb-daşır. Telli obrazına gəlincə isə bu, məsum, gənc bir qız obrazıdır. Qulluqçu olmasına baxmayaraq, şəxsi həyatını qurmaq haqqında düşünür. Deməli, güclü iradə sahibidir. Vyana səhnəsində Tellini canlandırmq mənə böyük zövq verdi.
- Buna qədər operettanın Azərbaycan artistlərinin ifasında teatr və ya kino versiyasını görmüşdünüz? Ümumiyyətlə, musiqimizlə az da olsa tanışlığınız var?
- Təəssüf ki, yox, görməmişəm. Azərbaycan musiqisi ilə ilk dəfə elə bu tamaşanı hazırlayanda tanış oldum.
Samirə
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)
-
Fərid Hüseynov və Əli Vəliyev “Yeni adlar” layihəsi çərçivəsində çıxış ediblər – (Foto-Video)
-
Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Kayli Cennerin estetik izləri diqqət çəkdi - (Foto-Video)
-
"Mən oxudum, nə qazandım ki..." - Cəmiyyətdəki düşüncəyə deputatdan etiraz
-
ABŞ-də helikopter qəzası: Ölənlər var
-
İlahiyyat İnstitutunda oxuyan qız tələbələrin sayı açıqlandı
-
DSX-nin əsgəri vəfat etdi
-
"Mehdi" saxlanıldı - (Foto)
-
ABŞ senatoru Prezident İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı TRIPP layihəsinin işə salınması münasibətilə təbrik edib
-
Emre Mor futboldan uzaqlaşır: "Ağır qərara gəldim"
-
Alqışlar! Reputasiyanı itirdiniz! - Şirkətlər populyarlıq naminə necə risk edir?
-
Paşinyandan Ermənistanın gələcəyini dəyişəcək qərar - Yeni Konstitusiya layihəsi açıqlandı
-
Nigar Tofiqqızı libası ilə müzakirə yaratdı (Video)
-
Polşada naməlum PUA qəzaya uğradı - Rusiya səfiri çağırılır
-
BDU-da dekan vəzifəsinə müsabiqə elan edildi
-
İstanbulda bələdiyyəyə əməliyyat - 10 nəfər saxlanıldı
-
Bakıda və Cəlilabadda iki piyadanı avtomobil vurub öldürdü
-
Ardadan fransalı futbolçuya maraqlı hədiyyə - (Foto)
-
Ad günündə birlikdə rəqs etmişdilər: Xalq artisti danışmaqda çətinlik çəkdi - (Video)
-
Yeni avtobus svetoforlarında hansı işıq nə deməkdir? - (Foto)
-
Nepalda 5,3 bal gücündə zəlzələ oldu
-
İranda müğənni şallaqlandı - (Foto)
-
Hacıqabulda ölüm hadisəsinin təfərrüatı açıqlandı: Kanalizasiya quyusu olmayıb
-
Dünya bazarlarında neftin qiyməti dəyişdi
-
İşə maşınla getmək istəyənlərin diqqətinə
-
Həkimə getməzdən əvvəl bunları etməyin: analizlərin nəticəsini dəyişə bilən səhvlər