Mədəniyyət

"Xalq mahnılarımıza ermənilər tərəfindən təcavüz edilir"

4 Mart 2016 12:20
Baxış: 1 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan musiqisinin dünyada və respublikada geniş miqyaslı təbliğinə nail olmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Milli Kitabxana tərəfindın "Azərbaycan musiqi irsinin dünyada təbliği" layihəsi hazırlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, layihənin təqdimat mərasiminfə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov deyib ki, "Azərbaycan musiqi irsinin dünyada təbliği" layihəsi çərçivəsində beynəlxalq musiqi saytı olan www.impls.org saytında Azərbaycanın 30 bəstəkarının 150-dək əsərinin notlarının, habelə 25 Azərbaycan xalq mahnısının, Azərbaycanın korifey ifaçılarının - Bülbül, Xan Şuşinski, Habil Əliyev, Ağaxan Abdullayev, Lütfiyar İmanov və başqalarının səs yazıları və onların ifasında səslənən musiqilər mp-3 formatında yerləşdirilib.

Burada həmin musiqilərlə, eyni zamanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Humayun"la yanaşı, hər bir musiqi aləti haqqında, onların milli musiqi alətimiz olması haqqında annotasiya, qısa məlumatlar və s. yerləşdirilib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, qədim tarixə malik olan Azərbaycan musiqinin əsl yaşı bilinmir: "Böyük bəstəkar Üzeyir Hacıbıyovun də yazdığı hər bir notun altında minillik, bəlkə də on min illik tarix yatır. 1988-ci ildən sonra Azərbaycan-Ermənistan münaqişəsi başlayandan sonra aparılan bütün provakasiyalar həm də bizim musiqimizə qarşı yönəlib. Azərbaycan musiqiləri utanmadan erməni musiqiləri kimi təqdim edilir, ermənilərin adına çıxarılır və ifa edilir. Əslində, bizim xalq mahnılarımıza ermənilər tərəfindən təcavüz edilir. Buna qarşı Müəllif Hüquqları Agentliyi tərəfindən mübarizə aparır. Bizim agentliklə birgə səyimiz nəticəsində bəzən hansısa proseslərin qarşısını almağa çalışırıq, bəzilərinin isə qarşısını ala bilmirik. Çünki burada gözə görünən və görünməyən faktorlar var".

Nazir müavini bildirib ki, hazırkı layihə Azərbaycan musiqilətinin dünyada tanıdılması istiqamətində olan işlərin birinci pilləsi kimi qəbul edilməli və bu işlərin davamı həyata keçirilməlidir.

Ə.Vəliyev deyib ki, hansısa kino xatirələr, Azərbaycan bəstəkarlarının hansısa mahnı notları evlərdə saxlanıla bilər. Bunların kitabxanaya təhvil verilməsini zəruri sayan nazir müavinin sözlərinə görə, bütün bu işlər Azərbaycan musiqisinin qorunmasına xidmət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.