Mədəniyyət

Azərbaycanlı ifaçı Meksikada konsert verdi - FOTO

10 May 2015 11:13
Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Meksikanın Toluka (Toluca) şəhərində hazırda Meksikada yaşayan tanınmış azərbaycanlı skripka ifaçısı Nana Babayevanın solistliyi ilə Meksika Ştatı Simfonik Orkestrinin (Orquesta Sinfonica del Estado de Mexico) konserti olub.

Milli.Az Azərbaycanın Meksikadakı səfirliyinə istinadən bildirir ki, Nana Babayeva bu görkəmli konsertin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad gününə həsr olunduğunu qeyd edib.

Toluka şəhəri Felipe Villanueva musiqi zalında keçirilmiş konsert proqramı zamanı xalqımızın böyük bəstəkarı, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fikrət Əmirovun "Muğam poeması" adlı əsəri təqdim olunub. Həmçinin orkestr tərəfindən  fransız bəstəkarı, dirijor və piano ifaçısı Şarl-Kamil Sen-Sansın (Charles-Camille Saint-Saëns) əsərləri də ifa olunub. Orkestri meksikalı bədii rəhbər və baş dirijor Qabriela Dias Alatriste idarə edib.

Konsert proqramı maraqla qarşılanıb və əsərlərin ifası dinləyiciləri valeh etmişdir.

Böyütmək üçün şəkillərə klikləyin.



Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.