Mədəniyyət

"Forsaj 7" filmi Nizami Kino Mərkəzinin ekranında türk dilində

13 Aprel 2015 12:37
Baxış: 3 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Aprelin 1-də Los-Ancelesin məşhur TLC kinoteatrında dünya premyerası baş tutan, baharın ən irimiqyaslı layihəsi sayılan 3D formatlı "Forsaj 7" filminin Nizami Kino Mərkəzində türk və rus dillərində nümayişi başlanıb.

Amerika rejissoru Ceyms Vanın, Kris Morqanın və Skott Tompsonun ssenarisi əsasında çəkdiyi bu film döyüş, triller və kriminal janrındadır. Filmin sloqanı: "İntiqam sərhəd tanımır" Yaş həddi: +18

Onlar Tokio, London və Los-Ancelesi fəth ediblər. Amma dünya artıq onların qaydaları ilə oynamır. Ərəb səhralıqlarının istisi, çox hündür göydələnlər, təkər üzərinə qoyulmuş milyon dollarlar, həddindən artıq məşhur yaramazlar və sərhəd tanımayan sürət.

Filmdəki obrazları aktyorlar Vin Dizel, Pol Uoker, Ceyson Stethem, Mişel Rodriges, Dueyn Conson, Tayriz Gibson, Ludakris, Natali Emmanuel, Cordana Brüster, Kurt Rassel canlandırıblar.

Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.