Mədəniyyət

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı vətənpərvərlik mövzusunda çəkilmiş filmlərin nümayişi keçirilib - FOTO

27 Fevral 2015 13:05
Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fılmlərin nümayişi axşam saatlarına qədər davam edib.

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı vətənpərvərlik mövzusunda çəkilmiş filmlərin nümayişi keçirilib.

Fevralın 26-da  Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tələbələri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Ali Neft Məktəbinin tələbələri  və müxtəlif məktəblərin yetirmələri Qarabağ müharibəsi haqqında çəkilmiş, rejissor Vahid Mustafayevin "Xoca" və Elxan Cəfərovun  "Dolu" filmlərinin nümayişində iştirak ediblər.       

Bu aksiya Nizami Kino Mərkəzinin Xocalı faciəsində günahsız həlak olan soydaşlarımıza hüzn və ehtiramıdır.

Seanslara giriş pulsuz olub.

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.