Mədəniyyət

Əməkdar artist: "Məndən uzaq qalmasını istəmirəm"

27 Dekabr 2014 00:20
0 Şərh     Baxış: 2 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Yaxşıya doğru dəyişsəydi, məni də efirlərdə görərdiniz"
Əməkdar artist, gözəl səs sahibi Səbinə İlyasova efirlərdə görünməməyinin səbəbi haqda Milli.Az-a danışıb:

"Siz bilirsiniz ki, musiqi dünyamızda bir çox dəyişikliklər oldu. Bizim nəsildən olan müğənnilər üçün, təbii ki, adaptasiya olmaq çətin oldu. Həmçinin də mənim üçün. Yaxşıya doğru dəyişsəydi, yəqin ki, məni də efirlərdə görərdiniz. Çox istədim ki, bu adaptasiyaya alışım. Amma məndə bu alınmadı. Bir də gördüm ki, artıq illər keçib. Keçən dəfə bir sənətçinin müsahibəsini oxuyuram. Deyir ki, efirlərə dəvət alsam da getmirəm. Sözün həqiqi mənasında məni efirlərə dəvət edirlər. Yalan deyə bilmərəm. Amma indiki verilişlərin çoxu xarakterimə uyğun deyil. Çünki əksəriyyəti qalmaqaldır. Mən də qalmaqaldan çox uzaq biriyəm, bir verilişə görə tamaşaçının qarşısında imicimi ləkələyə bilmərəm.

Bəzən tamaşaçılar yolda görüb, sevdiklərini söyləyirlər. Biz efirlərə çıxmasaq da, gündəmdə olmasaq da sevənlərimiz həmişə var. Buna görə yaşayıb-yaratmaq eşqi məndə çoxalıb. Məni Azərbaycandam kənarda, İranda da sevib izləyirlər. Çünki bu sevgini qazanmaq üçün biz uzun illər əziyyət çəkmişik. Toylara getməklə dolanıram, deyə bilmərəm ki, həftənin bütün günü toydayam, yalan olar. Amma dəvət edənlər var və buna görə onlara təşəkkürümü bildirirəm".

Tanınmış müğənni həm də xoşbəxt ailə başçısıdır:

"Yeganə oğlum var. Türkiyədə oxuyub gəldi. Hazırda Azərbaycandadır, amma Amerikaya getmək fikri var. Təbii ki, mən də məndən uzaqlarda qalmasını istəməzdim. Amma bu onun seçdiyi yoldur. Allah hər bir anaya övladlarının xoşbəxtliyini nəsib etsin. Həmçinin də mənə".

Əli Rəhimoğlu
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.