Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hacı intriqadan qaçan oğlanlardandır" - FOTO
1 Noyabr 2014 15:14
1 Şərh
Baxış: 2 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Modern.az saytının "Məşhur tələbə yoldaşım" rubrikasının budəfəki müsahibi Dövlət mükafatı laureatı, xalq artisti Ramiz Məlikdir.
Aktyor tələbə yoldaşı, dostu, xalq artisti, teatr və kino aktyoru Hacı İsmayılov haqqında danışır:
"Kurs rəhbərimiz həlak olduğundan arzusu həyata keçmədi"
"Mən 1961-ci ildə orta məktəbi bitirdim, lakin iki il instituta daxil ola bilmədim. Məktəbdə pioner baş dəstə rəhbəri idim. Ondan əvvəl isə Əbilov adına Mədəniyyət evinin xalq teatrının üzvi idim və teatra olan həvəsim, marağım da elə oradan başlanıb. 1963-cü ildə qərara gəldim ki, sənədlərimi Mirzağa Əliyev adına Teatr İnstitunun rejissorluq fakültəsinə verim. Doğrudan da hazırlaşdım və çox böyük müvəffəqiyyətlə imtahanları verdim. Amma texniki səbəbə görə mən rejissorluq fakültəsinə düşə bilmədim, aktyorluq fakültəsinə düşdüm. Kursun rəhbəri görkəmli kinorejissorumuz, Azərbaycan teatr sənətində novator rejissor Tofiq Kazımov idi. Onun axtarışları, novatorluğu Azərbaycan teatrına yeni nəfəs gətirmişdi. 1963-cü ildən 67-ci ilə qədər olan müddətdə ab-hava, ictimai-siyasi hadisələr o qədər mükəmməl, o qədər inkişaf etmiş bir vəziyyətdəydi ki, biz ancaq öz tələbəliyimizlə məşğul olurduq. Məsələn, bir yerdə kinoya, başqa teatrlara, gəzməyə gedirdik, çayxanalarda otururduq, söhbət edirdik. Kursumuz on iki nəfərdən ibarət idi: bir qız və 11 oğlan. Onların çoxu hazırda Azərbaycanın müxtəlif teatrlarında işləyir. Bəziləri Allah rəhmət etsin, o dünyalıq olublar. Tələbə yoldaşlarım arasında mənim ən yaxın dostum xalq artistimiz, Dövlət Mükafatı Laureatı, çox gözəl insan Hacı İsmayılovdur. Onunla ilk dəfə tələbəlikdə tanış olmuşuq. Hacı İsmayılov tələbəlik illərində necə idisə, elə indi həmin adamdır, yaşa dolub, amma mənə elə gəlir ki, heç dəyişməyib. Gözümün qabağına bizim kursu, birinci kursdan dördüncü kursa qədər olan müddəti gətirirəm, Hacı orada necə idisə, elə də qalıb. Çox mülayim oğlan idi.
Nəsir Sadıqzadənin quruluşunda Eduardo de Flipponun "Komediyanın qüdrəti" tamaşasını oynayırdıq. Orada mən Cakamovu, Hacı İsmayılov isə müəllim rolunu oynayırdı. Bu, tələbə tamaşasıydı, amma kursumuzun rəhbəri Tofiq Kazımov bu tamaşaya baxanda, qəbul edəndə çox böyük qiymət verdi və hamımızı tamaşadan sonra yığdı, dedi ki, "mən sizi bir-birinizdən ayırmaq istəmirəm, hamınıza "5" yazıram. Bu tamaşa tələbə tamaşası deyil, dördüncü kursun çox professional səviyyədə hazırladığı tamaşadır. Teatr indi məzuniyyətə gedəcək, məzuniyyətdən qayıdandan sonra çalışacağam ki, bu Akademik Milli Dram Teatrının səhnəsində oynanılsın".
Lakin çox təəəsüf ki, 1980-ci ildə Tofiq Kazımov faciəvi surətdə- Göygölə gedən zaman Gəncə yolunda avtomobil qəzasına düşüb həlak oldu və arzusu yerinə yetirilmədi".
"Daşnaklar tərəfindən bağlanan teatrı bərpa etməli idik"
"40-cı illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrı daşnaklar tərəfindən bağlanmışdı, ləğv olunmuşdu. 1967-ci ildə bizim bütün kursu hələ dövlət imtahanını verməmiş İrəvan şəhərinə ezamiyyətə göndərdilər. Mübarizə aparıb teatrın bəraətini almalıydıq. Mübarizəmiz də tamaşa formasında olmalı idi. Yəni ora truppa getməli, teatr təşkil olunmalı idi. Başda müəllimiz Nəsir Sadıqzadə olmaqla Cəfər Cabbarlının "Sevil" əsəri ilə ora getdik. Hacı İsmayılov da bizimlə birlikdə oldu və biz tez bir zamanda "Sevil" əsərini tamaşaya qoyduq. Mən Balaş rolunda Tariel Qasımovla dublyor oldum, Hacı İsmayılov isə Məmmədəli bəyi oynayırdı. 1967-ci il 28 mayda "Sevil" tamaşasını Sundukyan adına Yerevan Dövlət Dram Teatrında oynamaqla daşnaklardan Azərbaycan teatrının bəraətini aldıq. Bu özü bir mübarizə yolu idi. 6 aydan sonra mən Bakıya qayıtdım, çünki orada işləyə bilməzdim.
Hacı İsmayılov institutda dərs deməyə başladı, mən isə 1967-ci ildə qayıdanda birbaşa Akademik Milli Dram Teatrında işləməyə başladım. İndiyə qədər də burada işləyirəm. 70-ci illərin əvvəllərində Hacı İsmayılov bu teatra dəvət olundu və o vaxtdan indiyə qədər Akademik Milli Dram Teatrının ən qabaqcıl aktyorlarındandır, səhnə ustası, xalq artisti, Dövlət Mükafatı Laureatıdır. Bizim teatrda çoxlu Dövlət Mükafatı Laureatı olan sənətkarlar var idi. İndi onların çoxu həyatda deyillər. Ancaq üç nəfər var. Biri baş rəssam Nazim Bəykişiyev, biri Hacı İsmayılov, biri də mənəm.
Hacı İsmayılov filmlərə çəkilməyə başladı və çox böyük müvəffəqiyyət qazandı. Məsələn, "Ad günü", "Həm ziyarət, həm ticarət...". Ümumiyyətlə, Rasim Ocaqovun çəkdiyi demək olar ki, bütün filmlərdə Hacı İsmayılov da rol aldı və özünü həm teatr, həm də kino aktyoru kimi göstərdi, tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı, onların ən sevimli aktyorlardan birinə çevrildi. Hacının bütün rollarını bəyənirəm, hamısına möhür vurub.
Mən indiyə kimi də Hacı İsmayılovla dostam, bir-birimizə çox yaxınıq. Bir neçə tamaşada tərəf-müqabilik. Məsələn, "Qarabağnamə" tamaşasında o Məmmədəli xanı, mən Cavad xanı, "Yaşlı xanımın gəlişi"ndə o müəllimi, mən müşaviri oynayıram. Sovet dövründə və sonra müstəqillik dövründə qoyulan tamaşaların bir çoxunda Hacıyla tərəf-müqabil olmuşuq.
Hacı çox mehriban, ürəyiaçıq, dosta sədaqətli, ailəsinə sədaqətli, heç kimin qeybətini etməyən, öz işi ilə məşğul olan, tamaşaçılar tərəfindən yüksək qiymətə malik olan bir sənətkardır. Hacı İsmayılovun əldə etdiyi bütün bu nailiyyətlər- istər ən böyük fəxri adlar, prezident təqaüdü, sonra prezident tərəfindən ona verilən ev Hacının əməyinin bəhrəsidir. Hacı İsmayılov ona tapşırılan bütün rolların öhdəsindən çox məharətlə gəlir. O, heç bir roldan imtina etmir, oynadığı rollara da müxtəlif səpkilərdə yanaşır və tamaşaçılar tərəfindən də həmişə dəstəklənir, sevilir, alqışlanır. Məsələn, mən onunla oynadığım tamaşalarda hiss edirəm ki, Hacının oyununda hansı çalarlar var və tamaşaçılar onu necə qəbul edirlər.
Hacı tələbəlik illərində necə idisə, hesab edin ki, elə indi də həmin Hacıdır. Həmişə ona baxıb deyirəm ki, "Hacı, sənin saçın niyə ağarmır?". Deyir ki, "mənim ürəyimdə xırp yoxdur, ona görə". Deyirəm, "onda mənim saçım tökülür, deməli, mənim ürəyimdə xırp var?". Gülür, deyir, "yox, bizim nəsildə belədir. Mənim atamın da saçı çox gec ağarıb"".
"Hacı intriqadan qaçanlardandır"
"Hacı dostluqda da əvvəldən necə idisə, indiyə kimi də həmin Hacıdır. Şad günlərimizdə, kədərli günlərimizdə bir yerdə oluruq. Hacı belə adamdır. Hər il 4000-ə yaxın şəxs Həcc ziyarətinə gedir. Allah qəbul etsin. Demirəm ki, getməsinlər, çünki müsəlman mütləq Həcc ziyarətinə getməli və öz borcunu yerinə yetirməlidir. Mən həmişə Hacıya zarafata deyirəm ki, (mən Hacıya "Həci" deyirəm) "Həci, onlar gedib-gələn həcilərdir, sənsə zavadskoy həcisən". Həmişə bu sözə gülür.
Hacı ümumiyyətlə, olduqca mehriban insandır, qayğıkeş atadır, babadır, ailə başçısıdır. O, öz ailəsini çox sevir. Həmişə onların dərdiylə-səriylə oturub-durur, əlindən gələn köməyi edir. İndiyə qədər görməmişəm ki, Hacı bir nəfərin ürəyinə dəysin, bir nəfəri incitsin və ona ağır bir söz desin və yaxud hansısa bir lazım olmayan söhbətlərə qarışsın. Deyirlər ki, teatrda intriqasız yaşamaq olmaz. Hacı intriqadan qaçan oğlanlardandır. İntriqanı sevməyən adamdır.
Hacıya ən böyük arzum onu necə tanımışamsa və tanıyıramsa, elə o cür də qalsın. Sənət aləmində Hacı hansı rola möhrünü vurubsa, o möhür illərlə qalsın, arxivə getsin, tamaşaçıların yaddaşında qalsın. Məsələn, onu hamı "Ad günü" və "Həm ziyarət, həm ticarət..."filmlərindəki "Mustafa müəllim" kimi tanıyırlar. O elə Mustafa müəllim təki çox mehriban, qayğıkeş, öz ailəsini sevən bir insan kimi qalsın, yaşasın. Mən Hacıya can sağlığı və sənət yollarında yeni-yeni müvəffəqiyyətlər arzulayıram".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
Bakıda qeyri-idman rəqsləri üzrə Azərbaycan çempionları müəyyənləşdi: Zəfərlə dolu mövsümün yekunları - FOTO
XƏBƏR LENTİ
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı