Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hamınızı yasıma dəvət eləyirəm...
27 Oktyabr 2014 19:16
8 Şərh
Baxış: 4 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nədən başlayım? 75 yaş mənim üçün çox azdır. Yaşamaq istəyirəm, çox yaşamaq istəyirəm, Nüşabə xanımı daha çox görmək, səsini daha çox eşitmək istəyirəm.
Həyatım elə gətirib ki, dünyanın bir çox tanınmış insanlarını görmək mənə nəsib olub.
1951-ci ildə Kreml sarayında Yeni il şənliyi keçirilirdi. Yaxşı yadımdadır, Çexoslovakiyadan olan bir qızla vals oynayırdım. Birdən çaxnaşma düşdü, darvaza açıldı və Kommunist Partiyasının o vaxtkı rəyasət heyəti içəri daxil oldu. Əvvəllər mənə elə gəlirdi Stalin İçərişəhərin qoşa qala qapısından da keçməz, başı tirə dəyər. Sən demə, Stalin balaca bir kişiymiş. Ağ hərbi forma geyinmişdi, gözümü ondan çəkə bilmirdim.
Mən yaşda az adam olar ki, Boris Pasternakla araq içsin, Fadeyevlə, İlya Erenburqla görüşsün.
Azərbaycanda indi klassik dediyimiz insanların çoxuna "əmi" demişəm. Yaxşı xatirimdədir, bu muzeydə (Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi nəzərdə tutulur - red.) Nizami Gəncəvinin portretinin müzakirəsi keçirilirdi. Birdən Zeynal Xəlil dedi ki, bu portretdəki kişilər hamısı çox gözəldir, nə bilirik, bəlkə Nizami adi adam olub? Atam da razılaşdı, dedi kişi düz deyir də, bəlkə Nizami Gəncəvi elə Zeynala oxşayıb - ikisi də gəncəlidir axı...
Həyatımın ən parlaq səhifələrindən biri Moskva konservatoriyasında oxuduğum dövrdür. Təsəvvür eləyin, dəhlizlərlə gedirsən və bilirsən ki, nə vaxtsa bu dəhlizlərdən Çaykovski, Raxmaninov keçib.
Son vaxtlar əlim nə qələm tutur, nə də piano çala bilirəm. Diktofon da mənlik deyil, bir neçə dəfə cəhd elədim, alınmadı. Get-gedə xatirələr elə qəlizləşir, elə qəddarlaşır ki, ha çalışırsan səni sevindirən yaxşı bir xatirə yada salasan, mümkün olmur. Xatirələrin qəddarlığı, sualların artması, cavabların tükənməsi məni incidir. Daha heç bir suala cavabım yoxdur. Görünür, ölümün müdrikliyi də budur, dünyaya suallarla gəlib, ömür boyu bu sualların cavabları ilə mübarizə aparıb, elə suallarla da ölürük. Suallara məğlub oluruq... Bu, dəhşətli məğlubiyyətdir.
Amma rahat ölürsən, çünki bilirsən ki, sənin kimi başqaları da bu suallara cavab tapa bilməyib. Bütün suallara cavab tapılsaydı, Allahın necə olduğunu, kim olduğunu və harada olduğunu bilərdik. Görünməsə də, bir işarə verərdi.
Üç-dörd ay əvvəl məşhur gürcü kinorejissoru, dostum Otar İoseliani Parisdən zəng vurmuşdu, ağlaya-ağlaya dedi ki, Vaqif, istəmirəm Gürcüstan kapitalizmin cənginə keçsin. Elə bunu deyib dəstəyi asdı... Milli azadlıq hərəkatı oldu, meydanlara çıxdıq, mübarizə apardıq, amma indi görürəm ki, kapitalizmin bizə verdiyi azad ticarət, demokratiya özü də dəhşətli və cavabsız suallarmış.
Bilirsiniz, deməyə nə qədər söz var? Amma bu sözlərin qarşısını xərçəng adlanan bir açar bağlayıb, danışmağa qoymur. Yaxşı ki, düşünməyə, arzulara mane ola bilmir.
Mən bilmirəm ölüm yaxındır, ya uzaq, mən bilmirəm ölüm istidir, ya sazaq. Bircə onu bilirəm ki, mən ölsəm, Nüşabə yazıq olacaq...
Ölümdən qətiyyən qorxmuram, inanın səmimiyyətimə. Bilmədiyim şeydən niyə qorxmalıyam ki? Üstümə quduz it gəlsə, qorxaram, bilərəm ki, quduzdur. Üstümə ac pələng şığısa, gizlənərəm. Amma ölümdən qorxmuram. Bilmirəm axı necədir, siması nədir...
O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm orada neçə dil var, məsafə necə ölçülür, çəki vahidi nədir, məhəbbət varmı?.. Hər halda məhəbbət olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən əlli il sonra Nüşabə xanım da gəlsin, ona təzədən aşiq olum və deyim ki, mən səni sevirəm.
Nə deyim? Ölüm haqdır. Bəxtimdən yas məclisləri də ucuzlaşıb. Dünyamı dəyişsəm, hamınızı bəri başdan yasıma dəvət eləyirəm, gözüm üstə yeriniz var.
Ay Allah, bircə arzum var: öləndən sonra tək olanda kiminsə yadına düşüm. Ağlamasa da, gözləri dolsun...

Vaqif Səmədoğlu
Aznews.az
DİGƏR XƏBƏRLƏR
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi