Latviyada Məryəm Ələkbərli haqqında yazdılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məqalədə qeyd edilir ki, Azərbaycan rəssamı Məryəm Ələkbərlinin son üç ildə portret, peyzaj və natürmort janrlarında çəkdiyi 25 əsərin Riqada sərgisi açılıb. "Gecənin musiqisi" adlı rəsmlər silsiləsi ekspozisiyada xüsusi yer tutur. Sərginin təşkilatçılarının fikrincə, müxtəlif texnikalardan istifadə edilməsi, rənglər və formalarla cəsarətli eksperimentlər Məryəm Ələkbərlinin boyakarlıq əsərlərinin əsasıdır. Təzadlar vasitəsilə əlvan və ahəngdar dünya yaradılması bu rəssamın dəst-xəttidir. Bu dəst-xətt intuitiv olaraq fərdi ifadə üsulları axtaran Məryəmin nurlu, həyatsevər daxili aləminə nəzər yetirməyə imkan verir.
Gənc rəssamın valideynləri deyirlər ki, Məryəm şəkil çəkməyi həmişə xoşlayırdı, lakin bu qızın rəssam istedadına malik olmasını o özü sezdirib. Rəssamın atası Oqtay Ələkbərov xatırlayır: "Moskvada Tretyakov qalereyasına getmişdik. Orada çiçəklər təsvir edilmiş bir açıqca gördük. Məlum oldu ki, bu açıqcanın müəllifi bizim qızımızdır. Həmin əsərdən xeyriyyəçilik məqsədləri üçün istifadə edilib. Bu hadisə təxminən 10 il əvvəl olub. Bundan sonra qızımızı rəssamlıq dərnəyinə yazdırmağı qərara aldıq".
Bu gün Məryəm Ələkbərlinin əsərləri bütün Avropanın sərgi və muzeylərində nümayiş etdirilir. Başqa rəssamlardan fərqli olaraq Məryəm bir gündə bir, bəzən də iki əsər yarada bilir. O.Ələkbərov etiraf edir: "Məryəmin sərgilərinin demək olar ki, hər birində onun işlərini satmaq barədə təkliflər olur, lakin psixoloji cəhətdən biz hələ buna hazır deyilik".
Rəssamın atası əmindir: "Artıq dördüncü ildir ki, qızım Parisdə iki rəssamlıq məktəbində oxuyur. Bu illər ərzində onun ustalıq səviyyəsi artıb, o, rəssamlıq texnikasını mənimsəyib. Qızım bir neçə dil - ingilis, rus, bir qədər alman dili və əlbəttə, Azərbaycan dili bilir. Paris dövrü başa çatandan sonra Məryəm rəssamlıqla məşğul olacaq. O, bunsuz yaşaya bilmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





