Mədəniyyət

Onu sevməyən varmı?

2 Avqust 2013 13:59
16 Şərh     Baxış: 3 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

 Azərbaycanın xalq artistinin doğum günüdür

Milli.Az bildirir ki, bu gün tanınmış aktyor Fəxrəddin Manafovun ad günüdür. O, 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub.1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.

1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir.

1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülub.

Milli.Az kollektivi görkəmli aktyorumuzun ad gününü təbrik edir, ona uzun ömür, can sağlığı, yeni sənət nailiyyətləri arzulayır!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.