Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tarixin şahidi - Şeyx Cüneyd türbəsi
24 Aprel 2013 18:28
0 Şərh
Baxış: 4 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şeyx Cüneydin dövlət mübarizəsi
Azərbaycanın unikal tarixi abidələri sırasında XVI əsrdə inşa olunmuş bir türbənin də xüsusi özəlliyi var. Bu, Səfəvilərin tarixi ilə bağlı olan məşhur Şeyx Cüneyd türbəsidir. Səfəvilər dövründən yadigar qalan bu abidə Qusar rayonunun Həzrə kəndində yerləşir.
Məlum olduğu kimi, Şeyx Cüneydÿ nüfuzlu Səfəvi şeyxlərindən biri, Şah İsmayıl Xətainin babası idi. O, XV əsrdə Şirvana etdiyi hərbi yürüş zamanı 1460-cı ildə Samur çayının sol sahilindəki Qıpçaq kəndi yaxınlığında baş verən vuruşma öldürülmüş və Həzrə kəndində dəfn edilmişdir. Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan sonra, 1544-cü ildə Həzrə ÿkəndindəki məzar üzərində türbə tikdirilmişdir. Türbənin tikintisinə I Şah Təhmasibin vəziri Ziyaəddin Nizamülmülkün oğlu Ağa Məhəmməd bilavasitə rəhbərlik etmişdir.
Bu abidə memarlıq baxımından xüsusi gözəlliyi ilə bərabər, həm də böyük bir tarixə şahidlik edir. XV əsrdə xeyli tərəfdarı olan Səfəvilər təriqətinin başçısı Şeyx İbrahim vəfat etdikdən sonra 1447-ci ildə onun yerinə oğlu Cüneyd keçdi. Maraqlı burasıdır ki, Şeyx Cüneydə (1447-1460) qədər Ərdəbil şeyxləri siyasətlə maraqlanmaz, yalnız dini işlərlə məşğul olardılar. Amma Şeyx Cüneyd bu ənənəni pozdu. Qarşısına dövlət qurmağı məqsəd qoyan Şeyx Cüneydin ətrafında toplanan müridləri müharibə etmək üçün silahlanmaya başladı. Məzhəbcə özü də bir şiə olan Qaraqoyunlu hökmdarı Cahanşah təriqət üzvlərinin çoxalmasından çəkinərək Şeyx Cüneydin əmisi Şeyx Cafərə müraciət etdi. O, Cüneydin Azərbaycandan çıxmasını təmin etdi. Bundan sonra Şeyx Cüneyd Anadoluyaÿgələrək oradakı Türkmanlar arasında təbliğata başladı, qısa zamanda Anadoluda özünə xeyli müridlər qazandı. O sonra Qaraman bəyliyinə keçdi, Qaraman bəyi onun tutulması haqda əmr verdiyindən, Məmlük dövlətinə sığındı. Amma Şeyx Cüneyd şiə təbliğatı yaydığından, Məmlük sultanı onun üzərinə qoşun göndərdi, döyüşdə məğlub olan Şeyx Cüneyd Anadoluya qaçdı.
Şeyx Cüneyd 1456-cı ildən 1459-cu ilədək o vaxt hələ az tanınan Diyarbəkir hakimi Ağqoyunlu Uzun Həsənin yanında olmuşdu. Uzun Həsən öz düşməni Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısı Xədicə Bəyimi Şeyx Cüneydə ərə verdi. Tarixçilərin göstərdiyi kimi, bu nikahın sorağı Kiçik Asiyanın və Suriyanın ən uzaq guşələrinə yayıldı və "əvvəlki şeyxlərin" xəlifələri Cüneydin görüşünə gəldilər.
Böyük savaşın acı sonu
Şeyx Cüneyd öz dövlətini yaratmaq fikrində idi və Şirvanı zəbt etməyi düşünürdü. O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10000 tərəfdarı ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi. Bu hücumda Şirvandakı şiə tərəfdarları da ona qoşuldular. Şeyx Cüneydin niyyətini duyan və təbərsəranlılar tərəfindən təhrik edilən Xəlilüllah Qaraqoyunlu Cahanşahın yardımı ilə böyük qoşunla onun qarşısına çıxdı. 1460-cı ildə Samur çayının sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Cüneyd öldürüldü, onun müridləri isə məğlub edildi. Başqa bir versiyaya görə, Cüneyd əsir alınaraq Şirvanşahın əmri ilə edam olunmuş, başqa mənbələrə görə isə döyüş meydanında oxla vurularaq öldürülmüşdür.
Tarixi mənbələrdə Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə, öldürüldükdən sonra Cüneydin müridləri onun meyidini Samurun sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn etmişlər. Atasının ölümündən sonra dünyaya gələn oğlu Heydər dayısı Uzun Həsənin sarayında böyümüş və Uzun Həsənin qızı ilə də evlənərək onun kürəkəni olmuşdur.
Memarlıq baxımından mükəmməl bir abidə olan Şeyx Cüneyd türbəsi bişmiş kərpicdən inşa edilmişdir. Bina daxildən və xaricdən düzbucaqlı planlıdır. Tarixi şəxsiyyət olan Şeyx Cüneydin məzarı üzərindəki sənduqə bərk ağacdan nəfis işlənmiş şəbəkəli çərçivə içərisinə alınmış, üzərində minbər qoyulmuşdur. Görünür, bu türbədən bir zamanlar məscid kimi istifadə edilmişdir. Türbənin üzəri böyük bir günbəzlə örtülmüşdür. Türbənin qərb qapısı üzərində yeddi sətirdən ibarət ərəb dilində nəsx xətti ilə həkk olunmuş kitabə var: "Bu mübarək və kəramətli, yüksək sultan, kəramətli və ədalətli xaqan, fars və ərəb hökmdarlarının ağası - Allah onun kölgəsini yelərdən əskik etməsin - qurunun və suyun rəhmanı, dini, dünyanı, xilafəti və səltənəti əzizləyən, Mustafaya (Muhəmməd (s) peyğəmbərə) mənsub olan şəriət qaydalarını yayan, Murtəzanın əqidəsini davam etdirən (şiəliyi), minnət və ehsan edən ...Sutan Şeyx Cüneyd Səfəvinin - Allah onun qəbrini işıqlandırsın və şəhid olduğu yeri haqq eləsin - qəbri üzərində 951-ci ilin axırında tikilməsinə müvəffəq olmuşuq."
"Əgər dünya bir adamdan ötrü əbədi olsaydı..."
Kitabə üzərindəki yazı xeyli uzundur və onun qısaldılmış bir hissəsini ifadə edir. Burada qeyd olunan hicri ÿ951-ci ilÿ1 544-1545-ci Milad ilinə müvafiqdir. Kitabədən göründüyü kimi, abidəni məscid-türbəni hicri 951-ci il (1544-1545) ilin axırlarında I Şah Təhmasibin hökmranlığı dövründə onun vəziri Xacə Fəxrəddin Əhməd Fərəhani oğlu Xəcə Ziyaəddin Nizamül-mülkün oğlu Ağa Məhəmməd tikdirmişdir. Beləliklə, türbədə dəfn olunmuş şəxsin Şeyx Cüneydÿ- Səfəvi şeyxlərindən biri və Ərdəbil hakimi olduğuna heç bir şübhə yoxdur.
Tədqiqatçıların məlumat verdiyinə görə, Şeyx Cüneyd türbəsi böyük aşırımlı günbəzlə örtülü imiş. Sonralar ona bitişik məscid tikilməsi və damın dəyişdirilməsi nəticəsində türbə öz əvvəlki görkəmini itirmişdir. Türbənin içərisi əvvəlki görkəmini qoruduğu üçün daha maraqlıdır və burada hər şeydən əvvəl günbəzə keçid təşkil edən stalaktitlərin məharətlə həlli diqqəti cəlb edir. Türbənin daxili divarları 2 metrə qədər bənövşəyi və firuzəyi kaşı ilə örtülüdür.
Qəbrin yaxınlığında yerləşən hücrənin yuxarı mərtəbəsində həkk olunmuş kitabədə yazılır: "Əgər dünya bir adamdan ötrü əbədi olsaydı, onda (ölməz) peyğəmbərlər üçün bu həmişəlik olardı. Çətin ki, bir adam ölümdən xilas ola, o zaman Məhəmmədin (ə.s.) silahdaşları ölümdən xilas olardılar".
"Azadlıq" qəzeti

DİGƏR XƏBƏRLƏR
-
O filmdə danışan Nəsibə Zeynalova deyilmiş... - VİDEO
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
XƏBƏR LENTİ
-
3 kilo yarım "çiy köftə" YEDİ: 3.700 manat qazandı - VİDEO
-
WUF13 şəhər problemlərinin həlli üçün mühüm platformadır - Əfqanıstan rəsmisi
-
Bu BÜRCLƏR ilin sonuna qədər yeni İŞ TAPACAQLAR
-
Magistraturalara qəbul imtahanının ikinci cəhdi keçirildi
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev
-
Mourinyo "Real" üçün "Barselona"nın bu oyunçusunu İSTƏYİR
-
Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir
-
WUF14 Mexikoda keçiriləcək
-
Kəmalə Günəşlinin arxiv VİDEOsu yayıldı: "Yenə pul qoyurdular..." - VİDEO
-
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
-
Türk məşhur Sumqayıta gəlib, izləyicilərini Afrikadadır deyə, ALDATDI - FOTOlar