Böyük aydınlarla bir arada
Azərbaycan mədəniyyət tarixinin tanınmış simalarından biri olan İsmayıl Həqqinin adı hamıya tanışdır. O, mədəniyyət tarixmizdə mühərrir, mürəttib, aktyor, habelə mollanəsrəddinçi ziyalı kimi tanınır. İsmayıl Həqqi, həmçinin Tiflis Azərbaycan teatrının yaranmasında xüsusi xidmətlər göstərmiş şəxslərdən biridir. İsmayıl Həqqi (Ismayıl Səməd oğlu Həsənzadə) 1884-cü ildə Tiflisdə anadan olub. Onun adı ilk Azərbaycan mürəttibləri olan Allahverdi Feyziyev, Paşa Məmmədov, Müslüm Bağırov və Ələsgər Məmmədov ilə yanaşı çəkilir.
İsmayıl Həqqi əmək fəaliyyətinə mürəttib kimi başlayıb. O, əvvəlcə "Şərqi-Rus" mətbəəsində, sonralar isə bu nəşriyyatın bazasında yaradılmış "Qeyrət" və "Molla Nəsrəddin" mətbəələrində mürəttib olaraq fəaliyyətini davam etdirmişdir.
İsmayıl Həqqi ötən əsrin əvvəllərində Tiflisdə yaşayan və fəaliyyət göstərən, eyni zamanda buraya gələn ziyalılar - Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Ömər Faiq, Hüseyn Ərəblinski, Əliqulu Qəmküsar, Mirzəli Abbasov, Əziz Şərif və başqaları ilə dostluq etmiş, yaradıcılıq əlaqələri qurmuşdur. İsmayıl Həqqi 1930-cu illərdə böyük satirik şairimiz Mirzə Ələkbər Sabir haqqında xatirələrini qələmə almış və dərc etdirmişdir.
İsmayıl Həqqi "Molla Nəsrəddin" jurnalında həm də mühərrir kimi fəaliyyət göstərib. Onun burada xeyli şeir və felyetonları da çap olunub. Onun həm Tiflis ziyalıları, həm də "Molla Nəsrəddin" jurnalının yaradıcıları arasında böyük nüfuzu olub. Cəlil Məmmədquluzadə Tiflisdə olmayanda jurnalı Əliqulu Qəmküsar və Məmmədəli Sidqi ilə birlikdə İsmayıl Həqqiyə də tapşırarmış.
Müasirlərinin xatirələrindən məlum olur ki, İsmayıl Həqqi həm də aktyor kimi fəaliyyət göstərib. O, Tiflis Azərbaycan teatrının inkişafında da böyük xidmətlər göstərib.
1912-ci ildə Tiflisdə bu teatr üçün xüsusi bina - "Auditoriya"nın açılış mərasiminin hazırlanması və keçirilməsində Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli, Hüseyn bəy Mirzəcamalov, Həbib bəy Köçərlinski və başqa ziyalılarla birlikdə İsmayıl Həqqi də yaxından iştirak etmişdir. Məhz həmin il "Auditoriya"nın səhnəsində, şəhərin digər teatrlarının binalarında truppa çoxsaylı tamaşalar göstərmişdir.
Əziz Şərifin xatirələrindən...
Professor Əziz Şərifin "Keçmiş günlərdən" kitabından: "Səhnədə birpərdəli gülməli komediya, vodevillərlə yanaşı, "Yağışdan çıxdıq, yağmura düşdük", "Hacı Qara", "Müsyö Jordan və dərviş Məstəli şah", "Pəhləvanani-zəmanə", "Bəxtsiz cavan", "Zorən təbib", "Tamahkarlıq düşmən qazanar" və sair bu kimi iri əsərlər də göstərilirdi ki, bu tamaşalarda əsas iştirakçılar Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Həbib Köçərlinski, Sadıqbəyov, İsmayıl Həqqi, Mirzəxan Quliyev və başqalarından ibarət idi. Mənbələrdə İsmayıl Həqqinin Hacı Qara obrazını böyük məharətlə yaratdığı xüsusi qeyd edilmişdir".
Professor Əziz Şərifin xatirələrindən o da məlum olur ki, Tiflis Azərbaycan teatrının 1913-1914-cü illər mövsümü türk dramaturqu Namiq Kamalın "Zavallı cocuq", "Vətən" və "Akif bəy" əsərlərinin tamaşaları ilə başlamışdır. Həmin səhnə əsərlərində Mirseyfəddin Kirmanşahlı, Həbib Köçərlinski və Əbülfət Vəli ilə birlikdə İsmayıl Həqqi də iştirak etmişdir.
Hüseyn Cavid "İqbal" qəzetinin 9 oktyabr 1913-cü il tarixli sayında "Müxbir" imzası ilə "Tiflisdən teatr, yaxud sənəti-tamaşada təbəddül və tərəqqi" adlı məqaləsində "Akif bəy" tamaşası haqqında, həmin tamaşada aktyorların oyunu barədə yazmış, eyni zamanda həmin tamaşada İsmayıl Həqqinin ifasını da yüksək qiymətləndirmişdir. Hüseyn Cavid məqalədə əsəri və tamaşanı təhlil etmiş, aktyorların oyununu, o cümlədən İsmayıl Həqqinin ifasını yüksək qiymətləndirmişdir.
İsmayıl Həqqi bu teatrda Rza Təhmasib, Məmmədəli Sidqi, Mustafa Mərdanov, Əsgər Naxçıvanlı, Həsən Səbri, Adil Hacızadə, Məmməd Cəfərli və başqaları ilə birlikdə "İbrət" adlı dram dərnəyində fəaliyyət göstərirdilər. Teatr "Nadir Şah", "Pəri Cadu", "Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın mal alan", "O olmasın, bu olsun" kimi milli tamaşalarla yanaşı, Şekspirin "Otello", Molyerin "Jorj Danten" dramlarına da səhnə həyatı vermişdi.
Cəlil Məmmədquluzadə 1910-cu ildə məşhur el aşığı Nəcəfqulunu və bir neçə aşığı Qarabağdan Tiflisə dəvət etmiş, Gürcü Əyanları Teatrında Qarabağ aşıqlarının Tiflis Azərbaycan teatrının aktyorları ilə birlikdə "El aşıqlarının konserti" keçirilmişdir. Həmin konsertin əsas təşkilatçılarından biri də İsmayıl Həqqi olmuşdur.
İsmayıl Həqqi Tiflisdə yaşayan ziyalıları tez-tez bir yerə toplayar, öz evində onların iştirakı ilə müxtəlif məclislər təşkil edərdi. Belə məclislərdən birində - 1914-cü il martın 11-də Hüseyn Cavid, Hüseyn Ərəblinski, habelə Tiflisdə yaşayan ziyalı və aktyorlardan Mirzəli Abbasov, Əliqulu Qəmküsar, Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov, Nadir İbrahimov, Məmmədtağı Ələsgərov, Seyid Şuşinski və bir çox başqaları iştirak etmişdilər.
"Tiflisdə Azərbaycanlı ziyalıların vicdanı..."
Həmin vaxtlar Şeytanbazar məhəlləsində, azərbaycanlıların toplaşdığı "Auditoriya" ilə yanaşı, başqa bir mədəniyyət mərkəzi - qiraətxana da fəaliyyət göstərirdi. Burada yeni çap olunmuş qəzet və jurnalları oxumaq mümkün idi. Qiraətxana Bakı və Tiflisdə, habelə Türkiyə və Rusiyada çıxan qəzet-curnalları alırdı.
Şeytanbazar məhəlləsində üçüncü bir mədəniyyət mərkəzi də vardı ki, bu, İsmayıl Həqqiyə məxsus "Şərq" mətbəəsi idi. Professor Əziz Şərif xatirələrində yazır ki, İsmayıl Həqqi öz qardaşı və köməkçisi ilə birlikdə burada kiçik sifarişlər çap edir, bəzən broşür və kitabçalar buraxırmış. Əziz Şərifin rus dilindən tərcümə etdiyi "Rəhm çeşməsi" adlı kitabça da 1912-ci ildə burada çap olunmuşdur. "Şərq" mətbəəsi eyni zamanda azərbaycanlı ziyalıların ən çox toplaşdığı və görüşdüyü olmuşdur.
Əziz Şərif "Keçmiş günlərdən" kitabında yazır: "Mətbəənin kantoru bizim üçün bir klub kimi idi. Bir adamla görüşmək, bir kəsdən xəbər tutmaq, mədəniyyət aləmindən təzə bir məlumat almaq və sair bu kimi işlər üçün hamımız Həqqinin kantoruna qaçar və həmişə burada öz arzumuzu yerinə yetirərdik. Bir sözlə desək, Tiflis azərbaycanlılarının mədəni mərkəzi Həqqinin kantoru idi. Gündəliyimdəki qeydlər də bunu, məncə, aydın göstərir".
37-ci ilin amansız repressiyaları İsmayıl Həqqidən də yan keçmədi. Ona "Vətən xaini", "xalq düşməni" damğası vuruldu. Onun zəngin kitabxanası və arxivi yoxa çıxdı. Onu həbs edərək 1938-ci ildə güllələdilər. Uzun illərdən sonra, 1957-ci ildə ona bəraət verildi.
Əziz Şərif xatirələrində yazır: "İsmayıl Həqqi Azərbaycanca və farsca mükəmməl savad sahibi olmaqla bərabər, öz istedadı və səyi nəticəsində ruscanı da yaxşı mənimsəmişdi. Öz ictimai və mədəni fəaliyyətini, insanlarla rəftarı, dostlara sədaqəti, bütün həyatı ilə Tiflisdə yaşayan azərbaycanlı ziyalıların sevimlisi, ağsaqqalı, ruhu, vicdanı idi. Onun balaca mətbəəsi də maarif və mədəniyyət ocağı hesab edilirdi"...
İsmayıl Həqqi yeddi övlad atası idi. Onun böyük oğlu Niyazi atasının yolu ilə gedib, uzun illər mətbuat səhifəsində çalışıb, Ənvər mühəndis, Osman aktyor olub.
"Azadlıq" qəzeti
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Repressiya qurbanı İsmayıl Həqqi
12 Sentyabr 2012 20:21
0 Şərh
Baxış: 1 879

DİGƏR XƏBƏRLƏR
-
“ART OLİMPİA 2025” incəsənət və rəqs müsabiqəsi keçirildi - FOTO
-
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib - FOTO
-
"AZƏRBAYCANIM" Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçirilir
-
“Muğam mühazirələri”nin “Zabul segah” a həsr olunan konserti keçirildi - FOTO
-
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTO
-
“Su və Pələnglər Sirki” - Circus Sea Breeze səhnəsində bu yay Bakının ən möhtəşəm sirk hadisəsi!
XƏBƏR LENTİ
-
WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
-
Yeni Roma Papasının keçmiş paylaşımları üzə çıxdı - Bu prezidentə "qarşı imiş"
-
“BakıKart”da yaranan problemlə bağlı AYNA-dan açıqlama - YENİLƏNİB
-
Mətanətin qızının geyimi tənqid edildi - VİDEO
-
Zehinlər uğrunda savaş: Azərbaycan ideoloji hücumlara necə cavab verir?
-
Paşinyanı Moskvada – Belə qarşılandı - FOTO
-
Bakıda bu uşaq bağçası ləğv olunur
-
AZAL-ın Bakı-Moskva reysləri bərpa olundu - YENİLƏNİB - VİDEO
-
İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
-
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
-
İlham Əliyev yeni Roma Papasını təbrik etdi
-
Putin Lukaşenkonu ingiliscə salamladı - VİDEO
-
Suya borcu olanlara ŞAD XƏBƏR
-
Olimpiadanın gümüş mükafatçısı faciəli şəkildə öldü
-
Aysunun Moskvada başına İŞ GƏLDİ: "Gecə müharibə..."
-
Bu ərazilərdə evlər söküləcək – Əhali başqa yerə köçürülür
-
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - FOTO
-
“Bundan da açıq geyinim?”
-
İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar
-
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
-
"Hindistan-Pakistan müharibəsi bizi "maraqlandırmır"
-
Zelenskinin üzünə nə olub? - FOTO
-
Günün şanslı bürcü hansılardır?
-
“Azərin” şirkətinin Baş direktoru, Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanovun həyat yolu - DOSYE