Mədəniyyət

Cadenza orkestrinin iştirakı ilə "Yaddaş #4" adlı konsert keçirilib - FOTO

26 Fevral 2026 16:53
Baxış: 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı və Cadenza orkestrinin iştirakı ilə "Yaddaş #4" adlı növbəti konsert keçirilib. Konsert Qara Qarayevin xatirəsinə həsr olunub.

Konsertdə Violin və piano üçün sonata, 2 saylı simli kvartet, İqor Stravinskinin "Elegiya", Xəyyam Mirzəzadənin "Ohne", Edvard Qriqin "Lirik pyeslər" silsiləsindən "Sirr" və Fərəc Qarayevin "last postude-post..." əsəri ifa olunacaq. Qeyd edək ki, Edward Griegin "Lirik pyeslər" silsiləsindən "Sirr" pyesi bəstəkar Ayaz Qəmbərlinin işlənməsində Cadenza orkestrinin ifasında səsləndirilib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.