Bakıda, Circus Sea Breeze arenasında Türkmənistan Dövlət Sirkinin əfsanəvi "Galkynyş" qrupu - 2025-ci il Monte-Karlo Beynəlxalq Sirk Festivalının baş mükafat qalibləri ilə möhtəşəm "Şərq Sirki" təqdim olunacaq.
Tamaşaçıları dünyanı heyran edən möhtəşəm atüstü şou gözləyir. Mükəmməl sinxronluq, mürəkkəb tryuklar, güclü dinamika və yüksək peşəkarlıq bu çıxışı beynəlxalq səviyyəli unudulmaz tamaşaya çevirir.
"Şərq Sirki" proqramında beynəlxalq səviyyəli akrobatlar, müxtəlif janrların parlaq artistləri, eləcə də itlər, tutuquşular və meymunların iştirakı ilə rəngarəng nömrələr təqdim olunacaq.
Formalaşmış ənənəyə uyğun olaraq, ilk nümayiş günləri valideyn himayəsindən məhrum olmuş uşaqlara, fiziki məhdudiyyətli uşaqlara və İkinci Qarabağ müharibəsi iştirakçılarının övladlarına həsr olunacaq.
Layihənin təşkilatçısı, ali sirk mükafatı laureatı Allahverdi İsrafilov sosial missiyaya və gənc nəslin dəstəyinə xüsusi önəm verir.
Novruz bayramı münasibətilə xüsusi aksiya
14, 15 və 20 mart tarixlərində bütün seanslara biletlərin qiyməti cəmi 15 AZN olacaq.
Məktəblilər və müəllimlər üçün təşəbbüs
* 20 və daha çox şagirddən ibarət qruplar üçün xüsusi şərtlər
* Bütün müşayiətçi müəllimlər üçün giriş TAMAMİLƏ PULSUZ
Ətraflı məlumat və qrup sifarişi üçün Circus Sea Breeze-in rəsmi səhifəsində göstərilən əlaqə nömrələri ilə əlaqə saxlamaq mümkündür.
Şou 14-30 mart tarixlərində Circus Sea Breeze-də keçiriləcək.
Biletləri iTicket.az saytından və şəhərin bütün kassalarından əldə etmək mümkündür.
Qiymətlər 15 AZN-dən 40 AZN-dəkdir.
Tamaşaçıların rahatlığı üçün "Koroğlu" metro stansiyasından Circus Sea Breeze-ə və geri istiqamətdə xüsusi avtobus xidməti təşkil olunacaq.
Biletlər əldə etmək üçün
https://iticket.az/events/circus/oriental-circus-circus-oscar-winners-galkynysh
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





