Mədəniyyət

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib - FOTO

21 Yanvar 2026 17:49
Baxış: 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə xalqımızın azadlıq uğrunda mübarizəsi, milli iradəsi və şəhidlərimizin unudulmaz xatirəsi dərin ehtiramla yad edilib.

Anım gecəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənən əsərlər faciənin ağrı-acısını, xalqın mənəvi gücünü və yaddaşlarda yaşayan qəhrəmanlıq ruhunu musiqi dili ilə ifadə edib.

Proqrama Arif Məlikovun dramatik təsir gücünə malik "Axırıncı aşırım" simfonik poeması, Aqşin Əlizadənin dərin fəlsəfi məzmunlu 4 nömrəli Simfoniyası "Muğamvari"nin final hissəsi (solist Ərəstun Quliyev) dünya musiqi irsinin şah əsərlərindən sayılan Samuel Barber'in "Adagio"su, eləcə də Qara Qarayevin "İldırımlı yollarla" baletindən möhtəşəm Final daxil edilib.

Anım mərasimi yüksək emosional təsiri, bədii bütövlüyü və mənəvi yükü ilə seçilərək, 20 Yanvar şəhidlərinin xatirəsinə dərin ehtiramın musiqi vasitəsilə ifadəsinə çevrilib. Səslənən hər bir əsər azadlıq uğrunda canından keçənlərin xatirəsini bir daha yaşadaraq dinləyicilərə dərin duyğular bəxş edib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.