26 noyabr 20:00-da Bakıda heyrətamiz gözəlliyə malik tarixi Kamera və Orqan Musiqisi Zalında şam işığında ilk dəfə Motsart axşamı baş tutacaq.
Təsəvvür edin: yüzlərlə şamın sakit və yumşaq işığında qədim bir zal, simli alətlərin ilk akkordları səslənir - və siz Motsart dövrünə qədəm qoyursunuz.
Musiqi işıq və istiliklə məkanı doldurur, gözəlliyin təsirindən ürəyiniz bir anlıq dayanır.
Bu axşam - sadəcə konsert deyil, bu, böyük dahinin canlı ruhu ilə görüşdür.
"Motsart axşamı" - XVIII əsr dahisinin ölməz əsərlərini Azərbaycanın ən yaxşı musiqiçilərinin ifasında dinləmək imkanıdır. Tarixi Kirxa divarları arasında, unikal akustika sayəsində notların xüsusilə təmiz və dərindən səslənməsi Motsartın musiqisini daha canlı, daha səmimi, daha ilhamverici və daha müasir edəcək.
Başlama vaxtı: 20:00
Məkan: M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı 28 may küç. 41
Konsert təşkilatının adı - Ars Caspia- latın dilindən tərcümədə "Xəzər incəsənəti" deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.
Ansambl - Ars Caspia Ensemble
Ansamblın tərkibində Azərbaycanın tanınmış musiqiçiləri Renata Abubekirova (birinci violin), Yuliya Motorina (ikinci violin), Aleksey Miltıx (violonçel), Rəna Rəhimova (viola), Rəvan Əhmədzadə (kontrabas) yer alıb.
Proqram
V.A.Motsart - Kiçik gecə serenadası
V.A.Motsart - Divertismentlər (F-Dur, D-Dur, B-Dur)
V.A.Motsart - "Sehrli fleyta" operasından "Gecə kraliçasının ariyası"
V.A.Motsart - Simli kvartet №4, C-dur, K.157
Biletlər artıq satışdadır.
Yerlərin sayı məhduddur - noyabrın ən gözəl musiqi hadisəsinin qaçırmamaq üçün biletləri əldə etməyə tələsin!
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





