Mədəniyyət

Braziliyanın Liz Rosa Quartet qrupunun konserti ilə Bakı Piano Festival 2025 başa çatıb – VİDEO - FOTO

1 İyul 2025 18:00
Baxış: 912
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyanın Liz Rosa Quartet qrupunun konserti ilə Bakı Piano Festival 2025 başa çatıb. Festivalın yekun konserti Rotunda Roof Garden-da baş tutub. Gecə başlamazdan əvvəl Bakı Piano Festivalının direktoru, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli tamaşaçıları salamlayıb, festivalın bütün sponsorlarına və tərəfdaşlarına təşəkkür edib.

Konsertdə Liz Rosa (vokal), Rikardo Fiuza (piano), Berval Moraes (bas), Ayzek Camba (zərb alətləri), həmçinin Şahin Növrəsli və Mayk del Ferro iştirak ediblər. Braziliyalı musiqiçilər festivalın mehriban ab-havasını və xoş enerjini qeyd edib, səmimi qəbula görə tamaşaçılara təşəkkür ediblər.

Bakı Piano Festival 2025 iyunun 28-də axşam başa çatıb. Paytaxt sakinlərinə və qonaqlarına müxtəlif janrlı musiqilərin səsləndiyi geniş konsert proqramı təqdim olunub. Bakı Piano Festivalı 2025 incəsənət tədbirləri, sərgilər, ədəbi müsabiqə və cem-sessiyaları əhatə edirdi. Festivalın xüsusi qüruru isə gənc istedadların "We Are the Future" konserti olub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.