Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektoru, Xətai rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr gününə həsr
olunmuş "Ordumuzun Qüdrəti" adlı rəsm müsabiqəsininyekun sərgisi Xətai Sənət Mərkəzində açıldı.
Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq sərgi iştirakçılarını və qonaqlrı salamladı. Söz alan Xətai rayon İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon Sektor müdiri Tural Əhədov öz ürək sözlərini bölüşdülər.Tədbir təşəkkürnamə,sertfikat və hədiyyələrin təqdim olunması ilə başa çatdi.
Silahlı Qüvvələrimizin şücayəti və vətənpərvərlikruhunun təbliğinə xidmət məqsədi ilə elan olunmuş müsabiqənin yekun sərgisində təqdim olunan əsərlər arasından seçilən 70-ə yaxın əsər sərgiləndi.
Sərgilənən əsərlərdə yeniyetmə və gənclər təqdim etdiyi əsərlərdə xalqımızın orduya olan inamı və ordumuzun məğlubedilməzliyi sərginin əsas sujet xəttini təşkil edirdi.
Əsəri sərgilənən iştirakçılara sertifikat, fərqlənən müəlliflərə təşəkkürnamə təqdim olundu.
Sərginin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsə və ordumuza inamin artırilmasına xidmət edəcəyinə inanırıq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az