Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin "Belkanto" konsert zalında məktəb şagirdlərinin iştirakı ilə "Opera tarixi" konserti olub.
Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalı çərçivəsində keçirilib.
Gözəl atmosferdə keçən axşam gənc istedadlar klassik musiqinin - opera sənətinin müxtəlif inkişaf mərhələlərindən, Barokko, Klassizm, Romantizmdən müasir dövrə qədər olan mərhələlərdən danışmış, dünya və Azərbaycan klassiklərinin əsərlərini təqdim etmişlər. Maraqlıdır ki, ifaçılar o dövrün geyimlərində göründülər. Gənc istedadların çıxışları alqışlar ilə qarşılandı.
Qeyd edək ki, Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalı aprelin 23-dən 29-dək Bakıda keçirilir. Yeddi gün ərzində paytaxtın müxtəlif yerlərində həm görkəmli ifaçıların, həm də ilk dəfə böyük səhnəyə çıxan 6-16 yaşlı gənc istedadların iştirakı ilə konsertlər təşkil olunub.
İnformasiya dəstəyi - Trend.Az. Day.Az. Milli.Az. Azernews.Az