Aprelin 26-da, 2025-ci il tarixində, saat 18:00 və 20:00-da Bakının mərkəzində, Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində unikal bir konsert baş tutacaq.
Konsert zamanı zalın atmosferi "Şelkunçik", "Qu gölü" və "Yatmış gözəl" baletlərindən sevilən melodiyalarla dolacaq. Mystery Ensemble orkestri tərəfindən ifa edilən bu əsərlər, musiqi sevənləri bənzərsiz bir musiqi dünyasına aparacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az