Mədəniyyət

“Səslərin güzgüsü” – iki piano gecəsi musiqisevərləri bir araya gətirib - FOTO

7 Mart 2025 17:12
Baxış: 489
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində musiqi sənətinin incə çalarlarını özündə birləşdirən "Səslərin güzgüsü" adlı möhtəşəm piano gecəsi baş tutub. Bu xüsusi konsert proqramında qardaş ölkələri təmsil edən istedadlı pianoçular - Tutu Aydınoğlu (Türkiyə) və Camalə Abdinzadə (Azərbaycan) çıxış edib.

Tədbirin aparıcısı Renara Şəmsiyeva ifaçıların musiqi karyerası və yaradıcılıq uğurları haqqında tamaşaçılara geniş məlumat verib. Ardınca pianoçuların ifasında klassik və müasir musiqinin sehrinə bürünən səhnə, incəsənətin müxtəlif janrlarını bir araya gətirən ecazkar bir axşama çevrilib. Proqramda F.Liszt 2 (cis-moll, S.244)  və 5 (e-moll, S.244) saylı  "Macar rapsodiyası", D.Şostakoviç iki piano üçün Konsertino, A.Marquez`in 2 saylı "Danzon", C.Saint-Seans "Heyvanların karnavalı" süitası səslənib.

Konsertin xüsusi məqamlarından biri isə Marina və Eva Sosninanın təqdim etdiyi qum animasiyası olub. Musiqi ilə harmoniya təşkil edən bu vizual sənət növü tamaşaçılara unudulmaz duyğular bəxş edib.

Tamaşaçıların gurultulu alqışları ilə səhnəyə dönən pianoçular bis olaraq Niyazinin "Qaytağı" (iki piano üçün işləyəni Pikə Axundova) əsərini dinləyicilərə təqdim edib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.