Mədəniyyət

Azərbaycanda ilk dəfə Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivali baş tutacaq - VİDEO - FOTO

25 Fevral 2025 17:38
Baxış: 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ilk dəfə 4-9 mart 2025-ci il tarixində görkəmli Azərbaycan bəstəkarı, əbədiyaşar Fikrət Əmirovun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının təqdimatında Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı baş tutacaq.

Festival çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, bəstəkarın əsərlərindən ibarət konsert proqramları, "Gəncənin döyünən ürəyi" adlı film və kitabın  təqdimatı, "Sevil" operası, "Min bir gecə" baleti nümayiş etdiriləcək.  Bir-birindən gözəl tədbirlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və digər məkanlarda keçiriləcək.

9 mart tarixində baş tutacaq festivalın təntənəli bağlanış mərasimi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yaradılmasının 90 illik yubileyinə həsr olunacaq.

Biletləri Mərkəzləşdirilmiş və "ASAN XİDMƏT"in kassalarından və ITICKET.AZ saytından onlayn əldə edə bilərsiniz

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.