Mədəniyyət

“Muzeydə musiqi gecələri” növbəti portret-konserti bəstəkar Aydın K. Azimin yaradıcılığına həsr olunacaq

18 Fevral 2025 14:18
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi olan "Muzeydə musiqi gecələri" növbəti portret-konserti təqdim edir. 1 mart saat 19:00-da Muzey Mərkəzində keçiriləcək portret-konsertdə  bəstəkar, professor Aydın K. Azimin yaradıcılığı işıqlandırılacaq. Musiqişünas Vəfa Abbasovanın moderatorluğu ilə təqdim olunacaq portret-konsertdə bəstəkarın "La Makam", "Sonuncu Romulus", "Axar su", "Sonata-poema" və "Sonaxanım" əsərləri ifa olunacaq. Konsertin solistləri Humay Qasımzadə (piano), Atabala Manafzadə (piano), Fatimə Nəsirli (violin), Elşən Məmmədov (qoboy) və Kamil Hüseynzadədir (vibrafon). 

Aydın K. Azim 1964 -1972-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası)  bəstəkarlıq fakültəsində, Qara Qarayevin sinfində təhsil almış,  1968-1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1996-2005-ci illərdə Türkiyə Cumhuriyyəti Mersin Universiteti Dövlət Konservatoriyasında işləməyə dəvət olunmuş Aydın K. Azim, burada Bəstəkarlıq şöbəsinin qurucusu olmuşdur. Aydın K. Azim müstəqilliyin bərpasından sonra  dövlət himnimizi işləmişdir. 

Bəstəkarın Nazim Hikmətin və Vaqif Səmədoğlunun sözlərinə vokal silsilələri, piano üçün 6 prelüdü, "Həyatın dibində" simfonik lövhələri, "Qətl günü" simfonik röyaları, "Ağılar" simfonik quramaları, operettaları və bir çox əsərləri musiqi tariximizin dəyərli nümunələridir. Aydın K. Azim 2005-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur. 

Qeyd edək ki, potret-konsertə giriş sərbəstdir. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.world

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.