Mədəniyyət

Dövlət Kamera Orkestrinin konserti keçirilib - FOTO

16 Yanvar 2025 14:19
Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib. Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Alyona İnyakina dinləyiciləri konsertlə bağlı məlumatlandırıb.

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solist - Respublika və beynəlxalq müsabiqələr laureatı Şərif Bağırov (klarnet) dinləyicilər qarşısında çıxış edib.

Proqramda S.Barber simlilər üçün serenada (op.11), W.A.Mozart klarnet və orkestr üçün konsert A-dur, R.Fuchs 1 nömrəli serenada D-dur (Bakıda ilk ifa), D.Şostakoviç prelüd və skerso (op.11) səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.