Mədəniyyət

15-ci Bakı Beynəlxalq Film Festivalı çərçivəsində Faruk Güvənlə görüş keçirilib - FOTO

6 Oktyabr 2024 09:07
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15-ci Bakı Beynəlxalq Film Festivalı çərçivəsində TRT Sinemanın müdiri Faruk Güvənlə görüş keçirilib.

Təcrübəli mütəxəssis  TRT Sinemanın beynəlxalq layihələrə dəstək istiqamətləri mövzusunda məruzə ilə çıxış edib.

Faruk bəy bildirib ki, gələcəkdə azərbaycanlı rejissorlarla bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur:  "Azərbaycanda çox istedadlı rejissorlar var. Onların sırasında Elçin Musaoğlu və Hilal Baydarovun adını xüsusilə qeyd edə bilərəm. İnanıram ki, gələcəkdə azərbaycanlı sənət adamları ilə davamlı işbirliyimiz olacaq. Çünki biz ortaq layihələrin həyata keçirilməsində maraqlıyıq.

Belə festivallarda iştirakımız sözegedən prosesi sürətləndirir. Bu kimi tədbirlər sayəsində biz qurum olaraq fəaliyyət istiqamətimizi tanıdırıq. Bu da öz növbəsində yeni əməkdaşlıqların qurulmasına töhfə verir"

Daha sonra mütəxəssis tədbir iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşəbbüsü ilə keçirilən "Baku Cinema Breeze Festival"ının (BCB) bir hissəsidir. Bu böyük tədbirdə 8-ci DokuBaku Beynəlxalq Film Festivalı, 7-ci ANIMAFİLM Beynəlxalq Animasiya Festivalı, Cinemo kimi tanınmış festivallar iştirak edir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.