15-ci Bakı Beynəlxalq Film Festivalı keçiriləcək – Proqram
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
4-8 oktyabr tarixlərində 15-ci Bakı Beynəlxalq Film Festivalı keçiriləcək. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən "Baku Cinema Breeze" (BCB) film festivalının bir hissəsidir. Bu böyük tədbirdə DokuBaku Beynəlxalq Sənədli Filmləri Festivalı, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı kimi tanınmış festivallar da iştirak edir. Bakı Beynəlxalq
Film Festivalının açılış mərasimi oktyabrın 5-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq. Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Bu il Festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, İngiltərə, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11: 00-dan nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.
15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn Festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini keçirir. Belə ki, festivalın Beynəlxalq müsabiqəsində debüt tammetrajlı bədii və qısa filmlər yarışır. Festivalın Yerli müsabiqəsinə qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunub. Müsabiqə çərçivəsində tələbələr ayrıca nominasiyada yarışmaq imkanı qazanırlar.
Ümumilikdə yerli müsabiqədə 25 ekran əsəri yarışır. Bu il Beynəlxalq debut tammetrajlı bədii film müsabiqəsində yarışan filmləri "Şəhərli biçinçilər", "Süd dişinin ağrısı", "Məkanın melodiyası" kimi filmləri ilə milli kino tarixində müəllif kinosunun inkişafına təkan verən, kinomuzu dünya arenasında tanıdan Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyev, "Usamə" filmi "Qızıl qlobus" mükafatına layiq görülən və bununla da adını dünya kino tarixinə yazdıran rejissor Siddiq Barmak, Venesiya, Rotterdam kinofestivallarında filmləri ilə uğur qazanan türkiyəli rejissor Mahmut Fazıl Coşkun qiymətləndirəcək.
"Yerli müsabiqə"nin münsiflər heyətində müasir kino tariximizin ən böyük bədii-tarixi layihəsi sayılan "Tağıyev" filminin müəllifi rejissor Zaur Qasımlı, Türkiyədə çoxsaylı bədii filmlərin rejissoru və prodüseri olan Can Özbatur, yaradıcılığı ilə milli teatr mühitində fərqlənən, həm yerli, həm də də xarici ölkə teatrlarında bir sıra tamaşalara quruluş verən rejissor İradə Gözəlova, İsveçrənin "AVANTİ" layihəsinin sənədli filmlər bölməsində qalib olmuş, bir çox sənədli filmlərə imza atmış rejissor, ssenarist Nəsimi Əliyev yer alır. Müəllifi olduğu filmlərlə nüfuzlu kinofestivallarda iştirak edən, Müstəqil İran Kinematoqrafçıları Assosiasiyanın təsisçilərindən olan kinorejissor İsmayıl Monsef, "İskusstvo kino" jurnalının daimi müəllifi və redaktoru Yevgeni Mayzel, Avropa Kino Akademiyasının üzvü rejissor Teymur Hacıyev isə "Beynəlxalq qısametrajlı film müsabiqəsi"ndə yarışan filmləri qiymətləndirəcəklər. "Asiya istedadları" müsabiqəsində finala çıxan filmləri Özbəkistanın kino üzrə ilk elmlər namizədi, Daşkənd VGİK-nin təsisçisi, kinematoqrafçı Eldar Yoldaşev və Türkiyədə bir çox film və seriallarda rol alan aktrisa Zümrə Ərtürk qiymətləndirəcək. Festivalın əsas mükafatı "Qızıl Nar"dır.
Bununla yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim edir. Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların ixtiyarına verilir. Belə proqramlardan olan "Dili bizim"də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur. Bakı Beynəlxalq Film Festivalının "British Council"la əməkdaşlığı nəticəsində hər il festival çərçivəsində BAFTA namizədlərinin xüsusi nümayişi keçirilir. Böyük marağa səbəb olan proqramda bir-birindən maraqlı filmlər göstərilir. Bu il festival çərçivəsində "TRT Sinema"nın müdiri Faruk Güvənin təqdimatı, "Birgə film istehsalı" mövzusunda fikir mübadiləsi, "Kömür" filminin Azərbaycan premyerası, həmçinin ustad dərsləri, yerli və xarici film nümayişlərindən sonra müəlliflərlə müzakirələr həyata keçiriləcək. Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən Festival əvvəlki illərdə "START" adı ilə fəaliyyət göstərib.
Ölkəmizin ən uzun ömürlü festivalı olan Bakı Beynəlxalq Film Festivalı bu illər ərzində həm də Kann, Venesiya, Berlin Film Festivallarında, "OSKAR"da mükafat və uğur qazanmış filmlərin nümayiş məkanına çevrilib. 15 ildir ki, əzmlə yoluna davam edən Festival hər il kinematoqrafçıları bir araya gətirir və növbəti illərdə auditoriyasını daha da genişləndirməyi hədəfləyir. Bakı Beynəlxalq Film Festivalının dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, "Azərbaycanfilm" kinostudiyası, Dövlət Film Fondu, "British Council", Azərbaycan Prodüserlər Gildiyası yer alır.
Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Təşkilat Komitəsi (+994 05) 979 89 88 (+994 55) 221-20-41 www.filmfestival.az [email protected]
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
DİGƏR XƏBƏRLƏR
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi





