Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasinda "Ruhun qidasi" adlI konsert proqramı baş tutub - FOTO

24 Sentyabr 2024 15:21
Baxış: 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində   "Ruhun qidası" adlı konsert proqramı baş tutub.

Konsertdə gənc kamança ifaçısı, Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva və gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Rzayeva tamaşaçılar qarşısında çıxış ediblər.

Gecədə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Cəngi, Şur muğamı, Sevda İbrahimovanın "Məhəbbət işığı" pyesi, Bethovenin sonatası, Bela Bartokun "6 Rumın rəqsi",  Tural Məmmədlinin "Tənha yolçu", Dadaş Dadaşovun "Mədinənin sehrli kamanı" əsərləri səsləndirilib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.