Ölkə

Bakı-Sumqayıt qatarında yeni tariflər

24 Sentyabr 2024 16:58
Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada tətbiq olunacaq yeni tarifləri açıqlayıb.

ADY-dən Milli.Az-a verilən məlumata görə, yeni tariflər cari ilin 25 sentyabr tarixindən qüvvəyə minir.

ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0,40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0,10-0,20 AZN arası artırılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.