Təhsil

Qarabağ Universitetinin bu fakültələri köçürüləcək

24 Sentyabr 2024 17:12
Baxış: 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşaya köçürüləcək.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu sözləri Şuşada "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda keçirilən seminar çərçivəsində təşkil olunmuş Qarabağ Universitetinə media-tur zamanı universitetin rektoru Şahin Bayramov deyib.

O qeyd edib ki, 6 fakültə, 27 ixtisas üzrə Qarabağ Universitetində ölkəmizin bütün regionlarından gənclər təhsil alır:

"1154 tələbə ilə təhsil prosesinə start vermişik. Bu, çox yüksək rəqəmdir. Universitetə qəbul olan tələbələrin ortalama balı 470-dir. Müasir tipli universitet, akademik məzmun, tədqiqatyönümlü mühit yaratmaq arzusundayıq".

Rektor universitetin Aqrar fakültəsinin Xocalı şəhərində açılmasının nəzərdə tutulduğunu da vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.