Ermənistan müharibəyə sürüklənir: Diplomatların yerinə, hərbçilər danışa bilərlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan destruktiv mövqeyini davam etdirir. Belə ki, artıq mövcud olmayan "Dağlıq Qarabağ" və onun qondarma parlamentinin qondarma deputatları Ermənistanda bir araya gələrək 19 sentyabrın "Artsax"ın və onun xalqının Soyqırımı Günü" elan edilməsi barədə qərar qəbul ediblər. Onlar bununla bağlı növbədənkənar iclas keçirərək "Bayram və anım günləri haqqında" qanuna dəyişiklik ediblər.
Bu, əlbəttə, təxribatdır. Birincisi, ona görə ki, "Dağlıq Qarabağ", yaxud "Artsax" deyilən inzibati ərazi vahidi yoxdur. Rəsmi Bakı bu reallığı artıq bütün beynəlxalq ictimaiyyətə qəbul etdirib. İkincisi, hansısa soyqırımından, etnik təmizləmədən söhbət gedə bilməz. Belə ki, nə İkinci Qarabağ müharibəsi dövründə, nə də 2023-cü il antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri insanlıq əleyhinə bir dənə də olsun cinayət törətməyib. Erməni tərəfi bununla bağlı sözdə bir çox bəyanatlar versə də, reallıqda bir dənə də olsun ortalığa fakt qoyulmayıb. Əks halda Azərbaycan əleyhinə hər bir məqamdan istifadə edən beynəlxalq insan haqları təşkilatları bunu beynəlxalq aləmdə ən yüksək səviyyələrə qədər qaldırardılar.
Ermənistan isə bir çox havadarının təhrik və təzyiqi ilə dağıdıcı ritorikasını davam etdirir. Çünki "Dağlıq Qarabağ Parlamenti" kimi özünü təqdim edən qondarma qurumun Ermənistanda peyda olması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş məqsədyönlü fəaliyyətdir. Azərbaycanın tələblərinə müvafiq olaraq konstitusiya dəyişikliyi etmək əvəzinə, Ermənistan ərazi iddialarını davam etdirir. Və bu üslubunu getdikcə daha da həyasızlaşdırır.
"Dəyirmanın suyu"nun haradan gəldiyi bəllidir: ABŞ və Fransa kimi dövlətlər özlərinin təhrikedici addımları, o cümlədən silah tədarükü ilə Ermənistanı revanşa sövq edirlər. Beləliklə, rəsmi İrəvan sülh gündəliyindən uzaqlaşır və sərsəm intiqam barədə düşünür. Halbuki bu, Ermənistan üçün yaxşı nə isə vəd etmir.
Görünən odur ki, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan digər tərədən Azərbaycanın suverenliyinə qarşı fəaliyyəti dəstəkləyir. Deməli, Ermənistan sülh sazişi məsələsində səmimi deyil, o, vaxt qazanıb Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır. Bu isə Ermənistanın dövlətçiliyini də artıq sual altına qoyur. Yəni savaş başlasa, nə olacaq? Ermənistan bunun altından çıxa biləcəkmi? Nəinki Ermənistanın havadarları, heç yerli hakimiyyət də bu barədə düşünmür.
Keşiş Baqrat Qalstanyan bu günlərdə öz tərəfdarlarını toplayaraq tədbir keçirib. Tədbirdə hərəkatın əsas iki məqsədi kimi "Dağlıq Qarabağın" beynəlxalq gündəliyə qaytarılması və Azərbaycanda həbsdə olan keçmiş qondarma rejim nümayəndələrinin azad olunması əsas prioritet elan edilib. İlk etiraz aksiyası isə bir neçə gün sonraya, oktyabrın 2-nə təyin edilib. Müxalifətin əsas məqsədi "Dağlıq Qarabağ" və ora qayıdış narrativin qorunub saxlanılması və inkişaf etdirilməsidir.
Bu isə açıq-aydın o deməkdir ki, Ermənistan müxalifəti sülhün yox, yeni gərginliyin tərəfdarıdır. "Dağlıq Qarabağ" məsələsinin yenidən gündəmə gətirilməsi Azərbaycanın bağladığı səhifənin açılması deməkdir. Görünən odur ki, son ayda Ermənistan siyasi diskursunda "Dağlıq Qarabağ" narrativi daha çox müzakirə edilməyə başlayıb. Bu isə həm iqtidar, həm də müxalifət düşərgəsində revanşist canlanmadan xəbər verir.
Bu tendensiya davam edərsə, gələcəkdə sülh gündəliyinin dondurulması istisna deyil. Diplomatiyanın imkanları tükənəndə isə hərbçilər danışacaq.
Əgər Ermənistan hakimiyyəti xarici havadarlarının və müxalifətin təzyiqi ilə revanşist mövqeyini davam etdirərsə, yaxın gələcəkdə regionda yeni hərbi gərginlik yarana bilər. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etmir.
"Report" İnformasiya Agentliyi
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
XƏBƏR LENTİ
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib





