Mədəniyyət

Roza Cəlilovanın 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

2 İyul 2024 11:11
Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Xalq artisti "Şərəf" və "Şöhrət" ordenli xoreoqraf, səhnəmizin ağ çiçəyi Roza Cəlilovanın 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Öncəliklə Roza Cəlilovanın həyat və yaradıcılığına dair videoçarx təqdim olunub. Daha sonra F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev, baletmeyster Azərbaycan Respublikasının Əməkdar artisti Ceyhun Qubadov, xormeyster Azərbaycan Respublikasının Əməkdar artisti Naala Barateliya), Cəngi ansamblı (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Mircavad Cəfərov, baş baletmeyster Fərhad Əliyev) və Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Rüfət Xəlilzadə) rəngarəng proqram ilə çıxış ediblər.

Azərbaycan Respublikasının Əməkdar artistləri Fərid Əliyev, Almaz Orucova,Viktoriya Şaxmuradova, Günel Şeyxova, Nigar İbrahimova və solistlər - Lalə Aslanova, Ramin Hüseynov, Şahin Cəfərov, Nigar Rzayeva, Timur Oduşev və Taleh Yəhyayevin ifasında "Vətən süitası", "Dağlı" rəqsi, "Ağçiçək" rəqsi, "Sarı gəlin", "Cəngi"rəqsi,  "İlk bahar", Əfrasiyab Bədəlbəyli "Qız qalası" baletindən adajio, "Muleyli", "Qaytağı", Elza İbrahimovanın "Sən yadıma düşəndə", "Naxçıvanı", Cahangir Cahangirovun "Süzən qızlar", "Günəşin doğuşu", "Çayçı", Emin Sabitoğlunun "Sən uzaq yaşıl ada", "Uzundərə" və "Yallı" mahnı və rəqsləri izləyicilərə təqdim olunub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.