Ölkə

Beynəlxalq təşkilatlar Ermənistan hərbi-siyasi rəhbərliyinin bu cinayətlərinə hüquqi qiymət verməlidir - Ombudsman

4 İyul 2024 11:36
Baxış: 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci il 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və nənəsi 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı Ermənistan hərbi birləşmələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetiriliblər.

Milli.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatının sosial media paylaşımdan qeyd edilib.

"Beynəlxalq təşkilatlar Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətlərinə hüquqi qiymət verməli, sülhə, insan hüquqlarına, o cümlədən uşaq hüquqlarına təhdidlərinin qarşısının alınması ilə bağlı tədbirlər görməlidir", - deyə əlavə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.