Dünya

Harrinin kral ailəsinə qayıtması üçün hansı şərt qoyulub?

4 İyul 2024 12:41
Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Böyük Britaniyanın kralının oğlu şahzadə Harri əgər özünün qalmaqallı "Ehtiyat" memuarlarının nəşrinin səhv olduğunu etiraf etsə, kral ailəsinə qayıda bilər".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "New York Post" kral sarayının keçmiş xidmətçisi Qrant Harroldun sözlərinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, III Çarlz və onun həyat yoldaşı kraliça Kamilla hələ də Harriyə 2023-cü ildə nəşr etdirdiyi və doğma qardaşı şahzadə Uilyam, həmçinin ögey anası haqqında mənfi fikirlər söylədiyi kitaba görə incikdirlər.

"Ailənin bağışlamasını qazanmağa kömək edəcək yeganə yol isə onun ictimai bəyanatıdır ki, burada o, memuarların nəşri zamanı çətin dövr keçirdiyini və yazdıqlarına görə təəssüfləndiyini deməlidir. Lakin mən bunun baş verəcəyini düşünmürəm. Bəzi pis şeylər deyilib ki, onlar həmişəlik tarixdə qalacaq. Harri hələ kitabında yazdıqlarına görə peşman olacaq", - deyə Harrold vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.