Kriminal

Kafedə tanışının başına bakalla vuran şəxsə bəraət verildi

4 İyul 2024 12:28
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Samir Camalovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest və şikayət təmin edilməyib.

İttihama görə, hadisə 2020-ci il yanvarın 28-də saat 23 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

Belə ki, kafedə sərxoş vəziyyətdə olan Samir Camalov həmin obyektdə əyləşmiş digər müştəri, zərərçəkmiş Mahir Yaşarovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb onun 2019-cu ilin fevralında Mahirin digər şəxslə arasında baş vermiş münaqişə ilə əlaqədar polisdə həqiqəti deməməsi barədə bildirdiyi irad olub. Əvvəlcə Samir onun ünvanına nalayiq ifadə işlədib, sonra pivə bakalının alt hissəsi ilə qəsdən Mahirin başının təpə nahiyəsinə bir dəfə zərbə endirərək zərərçəkmişə xəsarət yetirib.

Hadisədən sonra Samir Camalov cinayət məsuliyyətinə cəlb edilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.