Çünki bu yazıların hər birində qələmə alınmış mövzunun rəng çaları ilə yanaşı, insanın daxili aləmi, psixi vəziyyəti, o zaman və məqamda düşündükləri öz əksini tapır. Bir də ki, sənətkar ömrü boyu hansı vəzndə, üslubda, ölçüdə yazmasından asılı olmayaraq yalnız və yalnız özünü yazır.
Haqqında söhbət açmaq istədiyim sözün min bir nazını çəkən, ona könül verdiyi gündən bu ali nemətə ülvi hisslərlə bağlanmış, tanınmış qələm adamlarımızdan biri - Sona Vəliyevanın yenicə çapdan çıxmış kitabı da zamanla sənətkar arasında bir bağlantıdır. O da hamı kimi, zamanın, vaxtın xəbərsiz ötməsindən danışır, amma bunu özü kimi, olduqca yeni və orijinal deyimlərlə təzələyir.
"Zaman xəbərsiz ötdü..." kitabı şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın oxucularla növbəti görüşü olmaqla yanaşı, həm də yaradıcılıq hesabatıdır.
Beş bölmədən ibarət kitabda şairənin həyat yolu, dünyaya baxışı, poetik fikir dünyası, Vətənə sevgisi və bütövlükdə əsl Azərbaycan qadını kimi vətəndaşlıq mövqeyi, insan və insanlığa münasibəti öz əksini tapıb.
Oxucular kitabın "Portret cizgiləri" bölməsində şairənin həyat yolu, ədəbiyyat və sənət haqqında fikirləri ilə tanış olmaqla yanaşı, onun müxtəlif vaxtlarda KİV-lərə müsahibələrini də oxuya biləcəklər.
Burada yer almış müsahibələrin birində Sona Vəliyeva deyir: "Həmişə çalışmışam ki, insanlarla münasibətdə yaxşı xüsusiyyətlərini görüm, bu halda münasibətlər alınacaq. Ünsiyyətdə bir-birinizə müsbət enerji ötürə bildinizsə qarşıya qoyulan bütün məqsədlərə çatacaqsınız".
"Çəhrayı rəngli dünyam" bölməsinin adı şairin eyniadlı kitabından götürülüb. Burada onun müxtəlif vaxtlarda qələmə aldığı şeirlər, habelə ədəbiyyat adamlarının və ictimai xadimlərin şairənin yaradıcılığı haqqında məqalələri yer alıb.
Kitabın "Arazboyu düşüncələr" bölməsində isə Sona Vəliyevanın Vətən, torpaq, vətəndaş təəssübkeşliyi mövzusunda yazılmış şeirləri öz əksini tapıb. Eyni zamanda, bölmədə onun "Arazbarı" kitabı haqqında yazılmış bir-birindən maraqlı məqalələr verilib.
Uzun illər publisistik fəaliyyətlə məşğul olan Sona Vəliyevanın ayrı-ayrı vaxtlarda qələmə aldığı seçmə məqalələri "Publisistik etüdlər" bölməsində cəmlənib.
Azərbaycançılıq ideologiyası ilə bağlı müəllifin tədqiqat əsəri ilə "Alim və ictimai xadim" bölməsində tanış olmaq mümkündür.
Hər bir bölmə ayrı-ayrılıqda insanı düşündürən, onu yaşamağa səsləyən, oxucuya mənən zənginlik gətirən böyük bir söz xəzinəsidir. İstər müsahibələr, istər publisistik yazılar, istərsə də poetik düşüncələr ötən zamanın heç də hədər getmədiyindən, onun istedadlı qələm adamının fədakarlığı və min bir zəhməti hesabına dəyərləndirildiyindən xəbər verir.
"Qanun" nəşriyyatında çapdan çıxmış nəfis tərtibatlı 568 səhifəlik bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabda, həmçinin Sona Vəliyevanın həyatının müəyyən məqamlarını əks etdirən fotoşəkillər də yer alıb.
Kitaba "Ümidlər və arzular şairəsi" başlıqlı "Ön söz"də "Kaspi" qəzetinin baş redaktoru, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədli yazır: "Sona xanım azərbaycançılıq ideologiyasının tarixini, nəzəri köklərini araşdıran bir tədqiqatçıdır. Onun bu elmi problemin ayrı-ayrı aspektlərini əhatə edən bir çox monoqrafiyaları işıq üzü görmüşdür - bu kitabda yer alan "Azərbaycançılıq ideologiyasının təşəkkülü və tarixi inkişaf yolları" əsəri son tədqiqatların bəhrəsi olmaqla yanaşı, bu sahədə yeni bir səhifə açan dəyərli tədqiqat kimi diqqəti cəlb edir. Sona xanımın Vətən məhəbbəti kökdən, torpaqdan güc almaqla yanaşı, həm də Cəlil Məmmədquluzadənin irsi ilə üzvi sürətdə bağlıdır".
Kitabda yer almış bütün yazılar oxucuya xəbərsiz ötən zamandan xəbər tutmağa imkan verəcək.
"Azərbaycan" qəzeti
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Zaman xəbərsiz ötdü..." və ya xəbərsiz ötən zamandan soraq verən kitab
19 İyun 2012 10:01
Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin bayram konserti keçirilib – FOTO
-
Ramil Qasımov ilk dəfə Kavaradossi rolunda çıxış edəcək
-
İbrahim Babayevin müəllifi və solisti olduğu “MughaMix” adlı təqdimat-konserti keçirilib - FOTO
-
Leyla Əliyeva və Zəhra Pezeşkian “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət ediblər - FOTO
-
Ankarada küçələrdən birinə Üzeyir Hacıbəylinin adı verilib - FOTO
-
Xalq artisti Məcnun Kərimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Tosterdən tutmuş fenə qədər - Ev cihazları ağciyərləri təhlükəyə atır
-
Mətbəxdə taxta qaşıqdan istifadə təhlükəlidirmi?
-
Yaşlandıqca niyə özünəinam zəifləyir?
-
Dərmansız boğaz ağrısının qarşısını almağın 5 yolu
-
"Uzak şehir"in çəkilişləri dayandırıldı
-
Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın
-
Soyuducunu necə düzgün təmizləməli? - Mükəmməl təmizlik üçün addım-addım təlimat
-
“Friends”in aktyoru vəfat etdi - FOTO
-
Bakının 2 rayonunda qaz kəsiləcək
-
“Yeni ildə atamı istəyirəm...” - FOTO
-
Sadettin Saran yenidən saxlanılıb
-
Kommunal ödənişlərin qiyməti dəyişə bilər - "Artım məcburi olmayacaq"
-
Günün qoroskopu: İşlə bağlı bəzi planlarınızı gizli tutun
-
AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
-
İlham Əliyev ad gününü ailə üzvləri ilə qeyd edib - FOTO
-
Mir Şahinə biskvit satırdım - Röya
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında olublar - FOTO
-
Evin hüzurunu qaçıran ağaclar: Mütəxəssislərdən ciddi xəbərdarlıq
-
Sosial şəbəkələrdə yeni dələduzluq növü - "az yatır, çox götür" - VİDEO
-
“İstəmirəm ki, atam məhəlləyə utana-utana çıxsın”
-
Emin Əmrullayev yeni prorektor təyin etdi - FOTO
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva internat tipli xüsusi ümumtəhsil məktəbində olublar - FOTO
-
Mətanət Piriquliyeva işdən çıxarıldı
-
Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb - FOTO





