Mədəniyyət

“Azərbaycanım” Beynəlxalq VII Uşaq Və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin sərgiləri açılacaq

9 May 2024 12:37
Baxış: 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və  Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı ,Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi,Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi və Beynəlxalq Suluboya Cəmiyyəti  Xətai  Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə              28 may -Azərbaycanın Respublika gününə həsr olunmuş "AZƏRBAYCANIM" Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festival çərçivəsində elan olunmuş müsabiqənin sərgiləri 13,14,15,1617 may tarixlərində növbəli şəkildə Xətai Sənət Mərkəzində açılacaq.

Birinci turu keçmiş əsərlər və müəllifləri:                                                        https://online.fliphtml5.com/pxjct/jtpu/   
https://online.fliphtml5.com/pxjct/slea/                                          https://online.fliphtml5.com/pxjct/xdfp/

Akvarel texnikasında mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın 8-21 yaş arası Azərbaycan gəncləri ilə  yanaşı,-Türkiyə,İran, Peru,Litva,Gürcüstan,Yaponiya,Vyetnam, Hindistan vətəndaşı qatılmışdır və bu sərgilərdə  ümumilikdə 800-ə yaxın əsər sərgilənəcək.
Bir iştirakçıdan bir əsər pirinsipini əsas tutaraq bəzi iştirakçıların 2və ya 3 əsəri seçilməsinə baxmayaraq, bir əsəri sərgilənmək üçün seçilmişdir. Sərgilənəcək əsərlər 10 may tarixinə qədər çərçivənmiş vəziyyətdə Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə təhfil verimədir və əsərin sərgilənəcək günü burda təyin ediləcək. Seçimlər əvvəlcədən elan olunmuş münsiflər heyyəti tərəfindən onlayn olaraq bal qiymətləndirilməsi ilə aparılmışdır. Sərgilər yaş kateqoriyası ilə keçiriləcək. Xarıci vətəndaşların əsərləri tərəfimizdən çərçivələnərək sərgilənəcək Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq. Sərgilərdən hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət alacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.          

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az                                                            

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.