Mədəniyyət

Üzüklərin Hökmdarı şam işığında. Mystery Ensemble - FOTO

22 Fevral 2024 13:46
Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Unikal konsert fevral ayının 23-də 2024-cü ildə saat 20:00-də Bakının mərkəzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.Qaçırılması mümkün olmayan bir hadisə!  Yüzlərcə şamdan ibarət zalda "Üzüklərin Hökmdarı" filmlərindən möhtəşəm musiqi dünyasına qərq olun. Bütün ailənin zövqünə zəmanət verilir.

Müasir orkestrin ifasında, Mystery Ensemble - musiqiçilərinin virtuoz ifası sizi dərhal elflərlə, hobbitlərlə və cırtdanlarla uzaq bir fantaziya dünyasına aparacaq! Milyonlarla insanın sevdiyi musiqi Sizlərə xoş təssurat bəxş edecek.

Bu canlı musiqi səyyahəti dünyaca məşhur kanadalı  bəstəkar və dirijor - Hovard Şorun valehedici melodiyalarina aparacaq. Hovard Şor trilogiyalarina görə üç "Oskar", iki "Qızıl Qlobus" və üç "Qremmi" mükafatına layiq olub. 2024-cü ilin fevral ayının 23-də keçiriləcək bu konsertə bir azdan biletləri əldə etmək mümkün olmayacaq.

Mystery Ensemblenın proqramı haqqında:

- Bu gözəl qış axşamında özünüzü elflərin, orkların, hobbitlərin və cırtdanların yaşadığı Tolkinin fantastika dünyasının qəhrəmanları kimi hiss edəcəksiniz! Təsəvvür edin: Kamera salonu  və soundtrek motivlərinin orijinal səsi... Bu inanılmazdi, elə deyilmi?

Şayiələrə görə, müxtəlif film bəstəkarları ifamızda "Üzüklərin Hökmdarı" nı eşitdikdən sonra intensiv olaraq digər filmlərə soundtrek bəstələməyə başladılar - ümid edərək ki, nə vaxtsa biz onları da ifa edəcəyik! Bu haqqda düşünərik.

Şayiələrə inanmayın! Gəlin və "Üzüklərin Hökmdarı" nı, ifamızdakı musiqinin filmin özü qədər həyəcanlı olduğunu canlı olaraq dinləyin.

Konsert başlamazdan əvvəl sizi parıldayan şamlarla salonun interyerinə və memarlıq elementlərini seyr etmeyi təklif edirik. Gözünüzü  gəzdirin, inanılmaz bir atmosferə qərq olun!

Şam işığında konsertlərimiz Bakının qeyri-adi, atmosferli, valeh edici,sehrə bürüyür. Biz sizə canlı musiqinin multisensor qavrayışının unikal təcrübəsini təqdim edirik. Musiqini eyni zamanda bütün hisslərinizlə hiss edin!

Bütün ailə üçün fevral ayının ən gözəl, atmosferli, cazibədar konsertinə bilet almaq şansını qaçırmayın!

Mystery Ensemble - ən aktual musiqini ifa edən unikal kollektivdir. Akustik simli alətlərin canlı səsi, bənzərsiz aranjımanlar, virtuoz klaviaturalar, möhtəşəm zərb alətləri və sənətkarlar! Gənc və öz sahələrində əsil peşakarlar. Orkestr Bakının ən atmosferli zallarında sehirli əhval-ruhiyyə yaradır.
İndi isə Mystery Ensemblidan musiqini ürəyinizə axıtmağın və bu inanılmaz macəranı birlikdə yaşamağın vaxtı gəldi!

Bütün ailə üçün fevral  ayının ən gözəl, atmosferli, cazibədar konsertinə bilet almaq şansını qaçırmayın!

Konsertin idarə və təşkilat agentliyi - RED EVENTS & Distribution ltd.

Saat 20:00-da başlayır.

Ünvan: Bakı, Müslüm Maqomayev Adına Azərbaycan Dövlət Filarmoniyası, İstiqlaliyyət küç., 10.

İfaçılar

Mystery Ensemble

Mystery Ensemble-ən aktual musiqini ifa edən unikal kollektivdir. Akustik simli alətlərin canlı səsi, bənzərsiz tənzimləmələr, virtuoz klaviatura və sənətkarlıq! Öz işlərində bir professionaldırlar. Orkestr Azərbaycanın ən atmosfer zallarında sehrli əhval-ruhiyyə yaradır.

Proqramda

Uruk hai
The prologue
Bag End
The Farewell dear Bilbo attack
Keep it Secret Drinking song
Saruman the white
The Nazgûl
Weathertop attack
Gollum
The mirror of Galadriel
The road Goes ever on
The Grace of Undomiel
The House of Healing
May it be
The Shire

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.