Mədəniyyət

Əfsanə dublyajçı vəfat etdi - FOTO

30 Oktyabr 2023 07:26
Baxış: 1 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeşilçamın əfsanə səslərindən olan Jeyan Mahfi Tözüm 94 yaşında vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Türkan Şoray, Filiz Akın, Belgin Doruk, Hülya Koçyiğit, Fatma Girik, Emel Sayın, Gülşen Bubikoğlu və Necla Nazırın da aralarında yer aldığı bir çox məşhuru səsləndirən Jeyan ötən gün dünyasını dəyişib.

Türkiyəli teatr əməkdaşı Sermet Erkin bu haqda sosial şəbəkədə paylaşım edib.

"Türkiyə Cümhuriyyəti 100-cü ildönümünə qədəm qoyduğu gün hardasa onunla eyni yaşda olan bir sənətçini itirdik. Türk teatr və dublyaj sənətinin uzun bir dövrü bağlandı. Sabah günorta namazından sonra dəfn olunacaq" deyə, o, paylaşımında yazıb.

Milli.Az

Yeşilçamın əfsanə səsi vəfat etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.