Mədəniyyət

“Elxan Qasımovun damarı partlayıb”

11 May 2023 18:52
Baxış: 2 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist, kinorejissor Elxan Qasımovun vəziyyəti ilə hər hansı bir dəyişiklik yoxdur.  

Bu barədə olay-a aktyorun bacısı oğlu məlumat verib.  Qeyd olunub ki, sənətçi hazırda reanimasiyadadır:

"Elxan bəy özəl xəstəxanaların birində əməliyyat olunub. Vəziyyəti hazırda orta-ağırdır. Həkimlər Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyub. Mədə ilə ürəyi arasındakı şah damar partlayıb. Çoxlu qan itirdiyinə görə ona qan köçürülüb. Həkimlər əllərindən gələni edirlər".

TƏBİB də E. Qasımovun səhhəti barədə açıqlama verib.  Qurumun mətbuat xidmətindən OLAY-a verilən məlumata əsasən, sənətçinin halı iki gün  əvvəl pisləşib: 

"Elxan Qasımovla bağlı mayın 9-u Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Tibbi briqadalar çağırış ünvanına gedib. Ona qarın aortası anevrizması diaqnozu qoyulub və yerində yardım olunub. Daha sonra o, özəl tibb müəssisəsinin təcili tibbi yardım avtomobili ilə oraya aparılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.