Mədəniyyət

Aktyorun “Lənkəran xan”ından “neftçi Qurban”a uzanan yolu…

23 Dekabr 2022 08:16
Baxış: 1 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün mərhum aktyor Sadıq İbrahimovun anadan olduğu gündür.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, azərbaycanlı aktyor Sadıq Əliabbas oğlu İbrahimov 1945-ci il dekabrıb 23-də Bakıda anadan olub.

O, 1966-1970-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

1961-ci ildə Dram Teatrın səhnəsində "Şadlıq sorağında" tamaşası ilə səhnəyə gəlib. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb.

Mərhum aktyor həm teatr, həm də kino sahəsində maraqlı, yaddaqalan obrazlar canlandırıb. O, "Qatır Məmməd" filmində "Səlim", "Ömrün ilk anı"nda "neftçi Qurban", "Mehmanxana sahibəsi"ndə "Fabrisio", "Xurşidbanu Natəvan"da "Hidayət", "Lənkəran xanının vəziri"ndə "xan" və s. obrazlarla çıxış edib.

Aktyor bədii yaradıcılıqla da məşğul olub, "Gözlə məni" (1984), "Nənəm nağıl söyləyir" (1987), "Noğulbalanın sərgüzəştləri" (1991), "Xatirələr qoynunda" kitabları nəşr olunub.

Əməkdar artist 20 avqust 2010-cu ildə ürək çatışmazlığından vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.